26.08.2026
II ixtisas qrupu üzrə keçid ballarında bu il ciddi dəyişiklik qeydə alınıb. Dövlət universitetlərinin bir sıra ixtisaslarında keçid balları ötən illə müqayisədə 40-50 baladək yüksəlib. Halbuki Dövlət İmtahan Mərkəzi əvvəlcədən II qrup üzrə ballarda cüzi azalma ola biləcəyini, artım gözlənilmədiyini açıqlamışdı. Bəs keçid ballarının gözləniləndən fərqli olaraq kəskin yüksəlməsinə hansı amillər təsir edib?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov DuzXeber.az-a açıqlamasında təsdiqləyib ki, Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçid ballarının enəcəyinə dair makro proqnozlarına rəğmən, Sumqayıt Dövlət Universiteti kimi regional bir təhsil müəssisəsində balların 40-50 bal diapazonunda kəskin yüksəlməsi baş verib:
“Bu, əslində, makrostatistika ilə mikrososioloji reallıqlar arasındakı sistem uyğunsuzluğundan qaynaqlanır. Məsələyə elmi-analitik nəzərdən yanaşdıqda, bu, ilk növbədə, respublika üzrə bal trendinin bütün seqmentlərə bərabər paylanmaması, xüsusilə 200-400 bal arasında müşahidə olunan subnominal abituriyent sıxlığı ilə izah edilə bilər. Yəni 500-dən yuxarı bal toplayan abituriyentlərin sayının azalması ümumi statistik ortalamanı aşağı salsa da, orta bal toplayan abituriyentlərin çoxluğu lokal rəqabəti kəskinləşdirib”.
Təhsil eksperti Qoşqar Bəylərov isə saytımıza açıqlamasında qeyd edib ki, qəbul nəticələrinə baxdıqda II qrup üzrə keçid ballarının kifayət qədər aşağı düşdüyünü görürük:
“Hətta 150 balla qəbul halları da var. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, çünki abituriyentlərin hansı istiqamətdə və hansı universiteti seçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur. Ümumi plan yerlərinə uyğun qəbullardan danışılırdı və nəticə də belə olub. Sumqayıt Dövlət Universitetində müəyyən ixtisaslar üzrə keçid ballarının 40-50 bal artması isə həmin ərazinin abituriyentlər üçün daha əlverişli olması ilə bağlıdır. Orada yaşamaq və təhsil almaq bir çoxları üçün daha münasib olduğundan, abituriyentlər özəl universitetlərə üz tutmaqdansa, həmin ərazidə yerləşən universitetlərə daha çox üstünlük veriblər.
Burada illik təhsil haqqının da ciddi təsiri var. Özəl universitetlərdə illik ödənişlər 2500-3000 manatdan başlayır və daha yüksək məbləğlər də mövcuddur. Sumqayıt Dövlət Universitetində isə bu məbləğ nisbətən aşağıdır və 1900 manat təşkil edir. Buna görə də abituriyentlər ödənişli ixtisas seçimində yüksək balla həmin yerləri seçim siyahısında daha əvvələ yazıblar. Bu da keçid ballarının artmasına gətirib çıxarıb.
Burada əsas amillərdən biri illik təhsil haqqının məbləğidir”.
DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?
II ixtisas qrupu üzrə keçid ballarında bu il ciddi dəyişiklik qeydə alınıb. Dövlət universitetlərinin bir sıra ixtisaslarında keçid balları ötən illə müqayisədə 40-50 baladək yüksəlib. Halbuki Dövlət İmtahan Mərkəzi əvvəlcədən II qrup üzrə ballarda cüzi azalma ola biləcəyini, artım gözlənilmədiyini açıqlamışdı. Bəs keçid ballarının gözləniləndən fərqli olaraq kəskin yüksəlməsinə hansı amillər təsir edib?Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov DuzXeber.az-a açıqlamasında təsdiqləyib ki, Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçid ballarının enəcəyinə dair makro proqnozlarına rəğmən, Sumqayıt Dövlət Universiteti kimi regional bir təhsil müəssisəsində balların 40-50 bal diapazonunda kəskin yüksəlməsi baş verib:
“Bu, əslində, makrostatistika ilə mikrososioloji reallıqlar arasındakı sistem uyğunsuzluğundan qaynaqlanır. Məsələyə elmi-analitik nəzərdən yanaşdıqda, bu, ilk növbədə, respublika üzrə bal trendinin bütün seqmentlərə bərabər paylanmaması, xüsusilə 200-400 bal arasında müşahidə olunan subnominal abituriyent sıxlığı ilə izah edilə bilər. Yəni 500-dən yuxarı bal toplayan abituriyentlərin sayının azalması ümumi statistik ortalamanı aşağı salsa da, orta bal toplayan abituriyentlərin çoxluğu lokal rəqabəti kəskinləşdirib”.
Təhsil eksperti Qoşqar Bəylərov isə saytımıza açıqlamasında qeyd edib ki, qəbul nəticələrinə baxdıqda II qrup üzrə keçid ballarının kifayət qədər aşağı düşdüyünü görürük:
“Hətta 150 balla qəbul halları da var. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, çünki abituriyentlərin hansı istiqamətdə və hansı universiteti seçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur. Ümumi plan yerlərinə uyğun qəbullardan danışılırdı və nəticə də belə olub. Sumqayıt Dövlət Universitetində müəyyən ixtisaslar üzrə keçid ballarının 40-50 bal artması isə həmin ərazinin abituriyentlər üçün daha əlverişli olması ilə bağlıdır. Orada yaşamaq və təhsil almaq bir çoxları üçün daha münasib olduğundan, abituriyentlər özəl universitetlərə üz tutmaqdansa, həmin ərazidə yerləşən universitetlərə daha çox üstünlük veriblər.
Burada illik təhsil haqqının da ciddi təsiri var. Özəl universitetlərdə illik ödənişlər 2500-3000 manatdan başlayır və daha yüksək məbləğlər də mövcuddur. Sumqayıt Dövlət Universitetində isə bu məbləğ nisbətən aşağıdır və 1900 manat təşkil edir. Buna görə də abituriyentlər ödənişli ixtisas seçimində yüksək balla həmin yerləri seçim siyahısında daha əvvələ yazıblar. Bu da keçid ballarının artmasına gətirib çıxarıb.
Burada əsas amillərdən biri illik təhsil haqqının məbləğidir”.
Oxşar xəbərlər
-
12.08.2026Rezidenturaya qəbul üçün ixtisas seçimi başladı -
11.08.2026Müəllimlər üçün vakant yerlər niyə əvvəlcədən açıqlanmır? – Aylarla vaxt və pul itirilir… -
31.07.2026DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir -
18.06.2026II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



