26.08.2026

ABB-nin terminalında müştərinin pulu qaldı: Vətəndaşdan sərt ETİRAZ! — VİDEO

Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus bankomatların iş prinsipi vətəndaşın narazılığına səbəb olub. Bankomatda pulu qalan müştəri bankı sərt şəkildə tənqid edib.

DuzXeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda vətəndaş bankomatdan pul çıxaran zaman texniki nasazlıq səbəbindən vəsaitin içəridə qaldığını bildirib.
Onun sözlərinə görə, bank işçiləri problemə operativ reaksiya vermək əvəzinə, yalnız 20 dəqiqə ərzində aparatın içərisinin yoxlanılacağını və bundan sonra pulu götürə biləcəyini deyiblər.

Narazı vətəndaş bildirib ki, əgər həmin müddətdə başqa bir şəxs həmin bankomata yaxınlaşıb pulu götürərsə, məsuliyyəti kim daşıyacaq:

"Əgər kimsə gəlib başqa adamın pulunu götürərsə, gərək hüquq-mühafizə orqanlarına müraciət edəsən. ABB belə işləyir, bunların texnikası belə işləyir", — deyə vətəndaş narazılığını ifadə edib.(nocomment.az)
https://nocomment.az/cdn/posts/2026/08/26/1787728587612-600fcab5dd11-bak-da-v-t-nda-abb-y-m-xsus-bankomatda-m-liyyat-zaman-proble.mp4​​​

Xəbər lenti