27.08.2026
DuzXeber.az: Xaricdə təhsil almaq istəyən gənclər universitetə qəbul və sənədləşmə prosesini asanlaşdırmaq üçün müxtəlif təhsil şirkətlərinə müraciət edirlər. Bu sahədə şirkətlərin fəaliyyəti ilə bağlı narazılıqların artması isə onların etibarlılığı və göstərdikləri xidmətlərin keyfiyyəti məsələsini gündəmə gətirir.
Xaricdə təhsil şirkətinin qanuni və etibarlı fəaliyyət göstərdiyini əvvəlcədən necə müəyyənləşdirmək olar? Gənclər maddi və vaxt itkisindən qorunmaq üçün şirkətlə müqavilə bağlamazdan əvvəl hansı məqamları yoxlamalıdırlar?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, xaricdə təhsil şirkətlərinin etibarlılığını müəyyənləşdirmək və sonradan həm maddi, həm də vaxt itkisi ilə üzləşməmək üçün gənclər və valideynlər müqavilə imzalamazdan əvvəl hərtərəfli araşdırma aparmalıdırlar.
Onun sözlərinə görə, ilk növbədə şirkətin Dövlət Vergi Xidmətində hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini və VÖEN-inin varlığını yoxlamaq vacibdir: “Rəsmi qeydiyyatı və sabit hüquqi ünvanı olmayan, fəaliyyətini yalnız sosial şəbəkə hesabları üzərindən idarə edən vasitəçilər hər zaman böyük risk daşıyır. Bununla yanaşı, ciddi şirkətlər xarici universitetlərin rəsmi nümayəndəsi olduqları üçün həmin ali məktəblərlə tərəfdaşlıq müqavilələrini təqdim edə bilməli, hətta universitetlərin öz rəsmi saytlarında tərəfdaş agentlik kimi adlarını göstərməlidirlər”.
Ekspert qeyd edib ki, hüquqi tərəfdən ən kritik məqam isə tərəflər arasında bağlanacaq müqavilənin məzmunudur: “Şirkətin göstərəcəyi xidmətlərin dəqiq siyahısı müqavilədə aydın şəkildə göstərilməli, bütün ödənişlər yalnız rəsmi bank hesabı vasitəsilə həyata keçirilməlidir. Heç bir halda universitetin təhsil haqqı vasitəçi şirkətə nağd verilməməli, tələbə tərəfindən birbaşa xaricdəki ali məktəbin rəsmi hesabına köçürülməlidir. Eyni zamanda, tələbə qəbul ala bilmədikdə və ya viza imtinası yaşandıqda xidmət haqqının hansı qaydada və nə dərəcədə qaytarılacağını müəyyən edən bəndlər müqavilədə dürüst ifadə olunmalıdır”.
Ş.Qoca sonda əlavə edib ki, şirkətin verdiyi vədlərə də tənqidi yanaşmaq lazımdır: “Çünki heç bir dürüst mütəxəssis yüz faizlik qəbul və ya viza zəmanəti verə bilməz; qərarı yalnız universitetin qəbul komissiyası və müvafiq ölkənin səfirliyi verir. Əvvəlki illərdə həmin vasitəçi ilə xaricə gedən real tələbələrin təcrübələrini və müstəqil platformalardakı rəyləri öyrənmək də aldanmamağın ən etibarlı yollarından biridir”.(DİA-AZ)
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
DuzXeber.az: Xaricdə təhsil almaq istəyən gənclər universitetə qəbul və sənədləşmə prosesini asanlaşdırmaq üçün müxtəlif təhsil şirkətlərinə müraciət edirlər. Bu sahədə şirkətlərin fəaliyyəti ilə bağlı narazılıqların artması isə onların etibarlılığı və göstərdikləri xidmətlərin keyfiyyəti məsələsini gündəmə gətirir.Xaricdə təhsil şirkətinin qanuni və etibarlı fəaliyyət göstərdiyini əvvəlcədən necə müəyyənləşdirmək olar? Gənclər maddi və vaxt itkisindən qorunmaq üçün şirkətlə müqavilə bağlamazdan əvvəl hansı məqamları yoxlamalıdırlar?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, xaricdə təhsil şirkətlərinin etibarlılığını müəyyənləşdirmək və sonradan həm maddi, həm də vaxt itkisi ilə üzləşməmək üçün gənclər və valideynlər müqavilə imzalamazdan əvvəl hərtərəfli araşdırma aparmalıdırlar.
Onun sözlərinə görə, ilk növbədə şirkətin Dövlət Vergi Xidmətində hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini və VÖEN-inin varlığını yoxlamaq vacibdir: “Rəsmi qeydiyyatı və sabit hüquqi ünvanı olmayan, fəaliyyətini yalnız sosial şəbəkə hesabları üzərindən idarə edən vasitəçilər hər zaman böyük risk daşıyır. Bununla yanaşı, ciddi şirkətlər xarici universitetlərin rəsmi nümayəndəsi olduqları üçün həmin ali məktəblərlə tərəfdaşlıq müqavilələrini təqdim edə bilməli, hətta universitetlərin öz rəsmi saytlarında tərəfdaş agentlik kimi adlarını göstərməlidirlər”.
Ekspert qeyd edib ki, hüquqi tərəfdən ən kritik məqam isə tərəflər arasında bağlanacaq müqavilənin məzmunudur: “Şirkətin göstərəcəyi xidmətlərin dəqiq siyahısı müqavilədə aydın şəkildə göstərilməli, bütün ödənişlər yalnız rəsmi bank hesabı vasitəsilə həyata keçirilməlidir. Heç bir halda universitetin təhsil haqqı vasitəçi şirkətə nağd verilməməli, tələbə tərəfindən birbaşa xaricdəki ali məktəbin rəsmi hesabına köçürülməlidir. Eyni zamanda, tələbə qəbul ala bilmədikdə və ya viza imtinası yaşandıqda xidmət haqqının hansı qaydada və nə dərəcədə qaytarılacağını müəyyən edən bəndlər müqavilədə dürüst ifadə olunmalıdır”.
Ş.Qoca sonda əlavə edib ki, şirkətin verdiyi vədlərə də tənqidi yanaşmaq lazımdır: “Çünki heç bir dürüst mütəxəssis yüz faizlik qəbul və ya viza zəmanəti verə bilməz; qərarı yalnız universitetin qəbul komissiyası və müvafiq ölkənin səfirliyi verir. Əvvəlki illərdə həmin vasitəçi ilə xaricə gedən real tələbələrin təcrübələrini və müstəqil platformalardakı rəyləri öyrənmək də aldanmamağın ən etibarlı yollarından biridir”.(DİA-AZ)
Oxşar xəbərlər
-
24.08.2026Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya -
4.08.2026Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



