28.08.2026
DuzXeber.az: Kəngərli rayonunun Xok kəndində suvarma suyunun rüşvət və şəxsi münasibətlər əsasında bölüşdürüldüyü iddia olunur. Kənd sakinlərinin “Gündəlik Naxçıvan”a dediklərinə görə, bəzi əkin sahələrinə mövsüm ərzində 3-4 dəfə su verildiyi halda, digərləri cəmi bir dəfə suvara bilib.
Sakinlər deyirlər ki, daha çox pul verənlər su növbəsində qabağa salınır, nəticədə su ala bilməyənlərin əkin sahələri quruyaraq məhv olur.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, onun 2 hektarlıq əkin sahəsi bu mövsüm cəmi bir dəfə suvarılıb. Onun sözlərinə görə, kənddə suyun bölüşdürülməsinə icra nümayəndəsi Mübariz Əliyevin də təsiri var:
“Bu il əkin sahəmə cəmi bir dəfə su veriblər. Halbuki kənddə elələri var ki, üçüncü, hətta dördüncü dəfə suvarıblar. Biz soruşanda gah deyirlər nasos xarabdır, gah boru partlayıb, gah da başqa bəhanə gətirirlər. Amma baxırsan ki, kiminsə sahəsinə yenə su gedir.
Mübariz Əliyev 20 ildən çoxdur kənddə rəhbərlikdədir, suyun kimə nə vaxt veriləcəyinə də onun sözü keçir. Mənim əkinim isə quruyur, məhv olur”.
Digər sakin isə su növbəsinin pul və şəxsi münasibətlər əsasında dəyişdirildiyini iddia edir. O deyir ki, daha çox pul verənlər və icra nümayəndəsinə yaxın olan şəxslər növbədə qabağa salınır:
“Burada növbə ilə iş getmir. Hektarına kim çox pul verirsə, onu qabağa salırlar. Pul verənlərin sahəsi bir neçə dəfə suvarılır, verməyən isə gözləyir. İcra nümayəndəsinin özünə və yaxınlarına aid sahələr də problemsiz suvarılır.
Hətta traktoru olanlara da daha çox su verirlər ki, sonra onların texnikasından istifadə etsinlər. Dövlətin suyunu şəxsi maraqlara uyğun bölürlər. Belə getsə, çox adamın əkini əldən gedəcək”.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, suvarma suyunun ədalətli bölüşdürülməsini tələb edirlər.(DİA-AZ)
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
DuzXeber.az: Kəngərli rayonunun Xok kəndində suvarma suyunun rüşvət və şəxsi münasibətlər əsasında bölüşdürüldüyü iddia olunur. Kənd sakinlərinin “Gündəlik Naxçıvan”a dediklərinə görə, bəzi əkin sahələrinə mövsüm ərzində 3-4 dəfə su verildiyi halda, digərləri cəmi bir dəfə suvara bilib.Sakinlər deyirlər ki, daha çox pul verənlər su növbəsində qabağa salınır, nəticədə su ala bilməyənlərin əkin sahələri quruyaraq məhv olur.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, onun 2 hektarlıq əkin sahəsi bu mövsüm cəmi bir dəfə suvarılıb. Onun sözlərinə görə, kənddə suyun bölüşdürülməsinə icra nümayəndəsi Mübariz Əliyevin də təsiri var:
“Bu il əkin sahəmə cəmi bir dəfə su veriblər. Halbuki kənddə elələri var ki, üçüncü, hətta dördüncü dəfə suvarıblar. Biz soruşanda gah deyirlər nasos xarabdır, gah boru partlayıb, gah da başqa bəhanə gətirirlər. Amma baxırsan ki, kiminsə sahəsinə yenə su gedir.
Mübariz Əliyev 20 ildən çoxdur kənddə rəhbərlikdədir, suyun kimə nə vaxt veriləcəyinə də onun sözü keçir. Mənim əkinim isə quruyur, məhv olur”.
Digər sakin isə su növbəsinin pul və şəxsi münasibətlər əsasında dəyişdirildiyini iddia edir. O deyir ki, daha çox pul verənlər və icra nümayəndəsinə yaxın olan şəxslər növbədə qabağa salınır:
“Burada növbə ilə iş getmir. Hektarına kim çox pul verirsə, onu qabağa salırlar. Pul verənlərin sahəsi bir neçə dəfə suvarılır, verməyən isə gözləyir. İcra nümayəndəsinin özünə və yaxınlarına aid sahələr də problemsiz suvarılır.
Hətta traktoru olanlara da daha çox su verirlər ki, sonra onların texnikasından istifadə etsinlər. Dövlətin suyunu şəxsi maraqlara uyğun bölürlər. Belə getsə, çox adamın əkini əldən gedəcək”.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, suvarma suyunun ədalətli bölüşdürülməsini tələb edirlər.(DİA-AZ)
Oxşar xəbərlər
-
20.08.2026Neftçalada fermerin 19 hektarı susuzluqdan məhv olur - NARAZILIQ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
24.02.2026Başçının əsas qazanc yeri: Neftçalanın qış otlaq torpaqları... - İLGİNC FAKTLAR... -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



