1.09.2026

Nabrandakı məşhur klubda BİABIRÇILIQ: Zibilxanalıq qarpızı 35 manata satdılar — FOTO

Ölkənin şimal bölgəsində yerləşən istirahət mərkəzlərində və klublarda qiymət özbaşınalığı və servis sahəsindəki biabırçı hallar yenidən sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

DuzXeber.az xəbər verir ki, Nigar Əmirbəyova adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı məlumat və qəbz hər kəsin qəzəbinə səbəb olub.

Belə ki, Nabranın "Palermo" adlı klubunda istirahət edən vətəndaşlara təqdim olunan hesab və göstərilən xidmət səviyyəsi açıq-aydın soyğunçuluq kimi qiymətləndirilib.

Paylaşımda qeyd olunur ki, hesabın içində "depozit" məbləğinin tələb olunması absurd və dözülməz haldır. Lakin bundan da pisi masaya gətirilən məhsulun keyfiyyətidir: "Sanki zibillikdən tapılıb gətirilmiş, tamamilə bərbad vəziyyətdə olan qarpız masaya təqdim olunub, özü də 35 manata..." Təqdim olunan əlyazma qaimə-fakturada qəlyanın 35 AZN, bir ədəd qarpızın 35 AZN, qazsız suyun 6 AZN və depozitin isə 30 AZN olmaqla ümumilikdə 106 manat təşkil etdiyi açıq görünür. Vətəndaşlar haqlı olaraq sual edirlər: "Budur bizim turizm inkişafı və tam nəzarətsiz qalan restoranlar, kafelər və klublar...?"

Səlahiyyətli qurumların bu cür özbaşınalıqlara göz yumması isə haqlı narazılığı daha da artırır. (nocomment.az)

Xəbər lenti