1.09.2026
“Turizmlə bağlı çoxsaylı təşkilatlar olsa da, bu sahədə boşluqlar mövcuddur. Niyə bu işləri indiyə qədər doğru-düzgün təşkil edə bilmirik? Bu sual bizi düşündürməlidir”.
DuzXeber.az xəbər verir ki, iqtisad-elmləri doktoru professor Zahid Məmmədov bunu Bakıvaxtı.az-a danışarkən bildirib.
“Turizmlə bağlı çeşidli birliklər fəaliyyət göstərir. Neçə ildir turizmin inkişafından danışılır, amma gəlin, görək ÜDM-də, məşğulluqda turizmi artıra bildikmi? Bu suallara cavab verilməlidir. Buna dair institutlar açıldı. Rayonlara səfərlər edildi. İndi hamı kənd turizmindən bəhs edir. Kənd turizmi ilə şəxsən maraqlanıram, gedirəm, baş çəkirəm. Axı o cür pasteldə insan yatmaz. Axı elə antisanitar şəraitdə turist qəbul etmək olmaz. Onu yoxlamaq lazımdır. Adını kənd turizmi qoyublar, o hotellərə daxil olmaq olmur. Mən gedib baxdım. Natəmiz yerlədir, qab-qacaqlar, otaqlar natəmizdir. Axı xaricdən gələn insan bunu görəndə nə düşünər? Xidmət səviyyələri çox aşağıdır. Burada düzgün qiymətləndirmə olmalıdır. Ən vacib şərtlərdən biri budur”.
Professor hesab edir ki, ölkəmizdə turizm idman və mədəniyyətlə eyni sistemdə olmalıdır:
“Biz bunu bir-birindən ayırmamalıyıq. Bunlar bir-birindən asılıdırlar. Turizm mədəniyyətin tərkib hissəsidir. Turizm sahəsi Mədəniyyət Nazirliyinin tərkibinə qaytarılmalıdır. Bu sahə bizə gəlir gətirməlidir. Tədqiqatlar aparılmalıdır. Onun iqtisadi artımda payı hesablanmalıdır. Səbəb və nəticələr araşdırılmalıdır”.
Z.Məmmədov hesab edir ki, rayon icra hakimiyyətləri bu işdə məsuliyyət daşımalıdırlar:
“Sən turizm bölgəsinin başçısısan hanı gəlirin? Dəhşət burasındadır ki, turizm bölgəsinin icra başçısı büdəcədən dotasiya istəyir. Bu, necə ola bilər? İtaliyanın ən geridə qalmış bölgələri balaca yerlərdən milyonlar qazanırlar. Türkiyə qəsəbə turizmi elə inkişaf edib ki…Bizm bələdiyyə və icra hakimiyyətlərinə sual olunmalıdır ki, bu illər ərzində nələr etmisiniz? Bu dövlətə nə vermisiniz? Təzə dəb çıxıb, icra başçıları gedib, toylarda rəqs edib, onu sosial şəbəkələrdə paylaşdırırlar. Bitdi o dövr, bitdi! Buna ehtiyac yoxdur. Sən mənə rəqsini deyil, insanların məşğulluq səviyyəsini göstər! İnvestiysiya cəlb edə bilmisənmi?”.
Azərbaycandakı bulaq sularına diqqət çəkən müsahibimiz vurğulayıb ki, bəzi ölkələr müalicəvi bulaq sularından milyonlar qazanır:
“Bir bulaqdan nə qədər gəlir götürürlər. Turistlər o mənbədən su içmək böyük vəsait ödəyir. Ölkəmizdəki bu cür bulaqların ətrafı təmizdirmi? Nə qurdunuz, nə yaratdınız? Təəccüb edirəm. Niyə onların ətrafı natəmiz olmalıdır? O yolların kənarlarında qutab bişirənlərə səliqəli paltar geyindirin! Adam əlinə elə bir əlçək geyinir ki, heç bir turist onun əlindən heç nə alıb yeməz. Bunu məndən başqa görən yoxdurmu?! Bu iş gözəl olmalıdır. Türkiyəyə baxın. “Mola” sistemi qursanız, görün rayonlarda turizm obyektləri nə qədər inkişaf edəcək? Nolar ölkəmizi gözəl edin!. Qiymətləri artırmayın. Kəndə gedirsən, kənd toyuğu, kənd yumurtası və kənd südü tapmırsan. Bəs necə fəaliyyət göstərəcəksiniz?!”.(Tribuna.az)
“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
“Turizmlə bağlı çoxsaylı təşkilatlar olsa da, bu sahədə boşluqlar mövcuddur. Niyə bu işləri indiyə qədər doğru-düzgün təşkil edə bilmirik? Bu sual bizi düşündürməlidir”.DuzXeber.az xəbər verir ki, iqtisad-elmləri doktoru professor Zahid Məmmədov bunu Bakıvaxtı.az-a danışarkən bildirib.
“Turizmlə bağlı çeşidli birliklər fəaliyyət göstərir. Neçə ildir turizmin inkişafından danışılır, amma gəlin, görək ÜDM-də, məşğulluqda turizmi artıra bildikmi? Bu suallara cavab verilməlidir. Buna dair institutlar açıldı. Rayonlara səfərlər edildi. İndi hamı kənd turizmindən bəhs edir. Kənd turizmi ilə şəxsən maraqlanıram, gedirəm, baş çəkirəm. Axı o cür pasteldə insan yatmaz. Axı elə antisanitar şəraitdə turist qəbul etmək olmaz. Onu yoxlamaq lazımdır. Adını kənd turizmi qoyublar, o hotellərə daxil olmaq olmur. Mən gedib baxdım. Natəmiz yerlədir, qab-qacaqlar, otaqlar natəmizdir. Axı xaricdən gələn insan bunu görəndə nə düşünər? Xidmət səviyyələri çox aşağıdır. Burada düzgün qiymətləndirmə olmalıdır. Ən vacib şərtlərdən biri budur”.Professor hesab edir ki, ölkəmizdə turizm idman və mədəniyyətlə eyni sistemdə olmalıdır:
“Biz bunu bir-birindən ayırmamalıyıq. Bunlar bir-birindən asılıdırlar. Turizm mədəniyyətin tərkib hissəsidir. Turizm sahəsi Mədəniyyət Nazirliyinin tərkibinə qaytarılmalıdır. Bu sahə bizə gəlir gətirməlidir. Tədqiqatlar aparılmalıdır. Onun iqtisadi artımda payı hesablanmalıdır. Səbəb və nəticələr araşdırılmalıdır”.
Z.Məmmədov hesab edir ki, rayon icra hakimiyyətləri bu işdə məsuliyyət daşımalıdırlar:
“Sən turizm bölgəsinin başçısısan hanı gəlirin? Dəhşət burasındadır ki, turizm bölgəsinin icra başçısı büdəcədən dotasiya istəyir. Bu, necə ola bilər? İtaliyanın ən geridə qalmış bölgələri balaca yerlərdən milyonlar qazanırlar. Türkiyə qəsəbə turizmi elə inkişaf edib ki…Bizm bələdiyyə və icra hakimiyyətlərinə sual olunmalıdır ki, bu illər ərzində nələr etmisiniz? Bu dövlətə nə vermisiniz? Təzə dəb çıxıb, icra başçıları gedib, toylarda rəqs edib, onu sosial şəbəkələrdə paylaşdırırlar. Bitdi o dövr, bitdi! Buna ehtiyac yoxdur. Sən mənə rəqsini deyil, insanların məşğulluq səviyyəsini göstər! İnvestiysiya cəlb edə bilmisənmi?”.
Azərbaycandakı bulaq sularına diqqət çəkən müsahibimiz vurğulayıb ki, bəzi ölkələr müalicəvi bulaq sularından milyonlar qazanır:
“Bir bulaqdan nə qədər gəlir götürürlər. Turistlər o mənbədən su içmək böyük vəsait ödəyir. Ölkəmizdəki bu cür bulaqların ətrafı təmizdirmi? Nə qurdunuz, nə yaratdınız? Təəccüb edirəm. Niyə onların ətrafı natəmiz olmalıdır? O yolların kənarlarında qutab bişirənlərə səliqəli paltar geyindirin! Adam əlinə elə bir əlçək geyinir ki, heç bir turist onun əlindən heç nə alıb yeməz. Bunu məndən başqa görən yoxdurmu?! Bu iş gözəl olmalıdır. Türkiyəyə baxın. “Mola” sistemi qursanız, görün rayonlarda turizm obyektləri nə qədər inkişaf edəcək? Nolar ölkəmizi gözəl edin!. Qiymətləri artırmayın. Kəndə gedirsən, kənd toyuğu, kənd yumurtası və kənd südü tapmırsan. Bəs necə fəaliyyət göstərəcəksiniz?!”.(Tribuna.az)
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...
-
1.09.2026İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto
-
1.09.2026Putin-Paşinyan görüşü: Bişkekdə ağır söhbət olacaq
-
1.09.2026Nabrandakı məşhur klubda BİABIRÇILIQ: Zibilxanalıq qarpızı 35 manata satdılar — FOTO
-
1.09.2026Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.
-
1.09.2026Bakı aeroportunda əməliyyat...
-
1.09.2026Yük maşını Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı
-
1.09.2026Ağdama yeni nəfəs qayıdır: 117 ailə doğma yurduna yola düşdü
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı



