1.09.2026
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.
DuzXeber.az xəbər verir ki, sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir:
“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
“Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır”, – deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.
Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.DuzXeber.az xəbər verir ki, sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir:
“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
“Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır”, – deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



