1.09.2026
Saatlıda məktəbləri kim bağlayır?

Əvvəllər qeyd etdiyim kimi Mustafabəyli və Bəylik kəndlərinin yeganə məktəbi olan Saatlı rayon Mirağa Ağayev adına Mustafabəyli kənd tam orta məktəbinin 9 illik məktəbə çevrilməsi üçün məktəb kollektivinə yuxarı qurumlar tərəfindən təzyiq göstərildiyi barədə məlumatlar var.
GUNDEMİNFO xəbər verir ki, bu barədə Abış Astanov adlı Saatlı sakini öz sosial şəbəkə hesabında məlumat verib.
Daha sonra bildirib ki, səbəb kimi də onu göstərirlər ki, 10-cu sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı NORMALARI"nın 2-ci və 3-cü bəndlərində deyilir:
"2. Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
3. Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir".
Bununla bağlı kənd sakinləri və məktəb kollektivinin aidiyyəti qurumlara aşağıdakı sualları var:
1. Əgər həmin NORMALARIN 3-cü bəndində şagird sayı 20 nəfərdən az olan sinfin mövcud şagird sayı ilə təşkil edilməsi nəzərdə tutulursa, 10-cu sinfin bağlanması və məktəbin 9 illik məktəbə çevrilməsi hansı konkret normativ-hüquqi akta, hansı maddə və bəndə əsasən tələb olunur?
2. Əgər məktəbin 9 illik edilməsinin qanuni əsası varsa, açıqlansın. Əgər yoxdursa, məktəb kollektivinə niyə təzyiq göstərilir?
3. Əgər 20 nəfərlik tələb məktəbin 11 illik statusunun dəyişdirilməsi üçün hüquqi əsasdırsa, bunun konkret hüquqi əsası nədir? Həmin normativ-hüquqi aktın adı, maddəsi və bəndi ictimaiyyətə açıqlansın.
4. 2024–2025-ci tədris ilində məktəbin 10-cu sinfinin təşkil edilməməsinin hüquqi əsası nə olmuşdur? Bu qərar hansı sənədə əsasən qəbul edilmişdir?
5. Əgər məktəbin 9 illik edilməsinin qanuni əsası varsa, niyə həmin hüquqi əsas kənd sakinlərinə və məktəb kollektivinə açıq şəkildə izah edilmir?
6. Əgər belə bir hüquqi əsas yoxdursa, məktəb kollektivinə niyə təzyiq göstərildiyi barədə aidiyyəti qurumların izahı nədir?
7. Və ən əsas sual: BU QƏRARIN ARXASINDA HANSI MƏQSƏD DAYANIR?
Mustafabəyli və Bəylik kəndinin uşaqları da tam orta təhsil almaq hüququna malikdirlər!
Mirağa Ağayev adına Mustafabəyli kənd tam orta məktəbinin 11 illik statusunun hansı hüquqi əsasla dəyişdirilmək istəndiyi ictimaiyyətə açıqlanmalıdır!
Qanuni əsas varsa — açıqlayın.
Qanuni əsas yoxdursa — təzyiqə son qoyun!
Kənd məktəbi kəndin gələcəyidir!
İddialarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən açıqlama almaq mümkün olmayıb.(Xxeber Xxeber)
Oxşar xəbərlər
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



