Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz olaraq satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” adlı “arıqlama çayı” məhsulları aşkarlanıb. Agentlikdən bildirilib ki, baxış zamanı həmin məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib.
Məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb, həmçinin onların xəstəliklərin müalicəsində istifadə edildiyi barədə məlumatlar yerləşdirilib və heç bir müvafiq icazə sənədi olmadan satışı həyata keçirilib.
Araşdırma zamanı məlum olub ki, Günay Həsənova və Çiçək Mehtizadə sözügedən çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırlayıb, ev şəraitində qablaşdırıb və hər hansı icazə sənədi olmadan “Instagram” səhifələri vasitəsilə onlayn satıblar. Eyni zamanda, həmin şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyənləşdirilib. Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, həmçinin qanunsuz sahibkarlıq və tibbi fəaliyyətlə əlaqədar aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib. AQTA vətəndaşlara sosial şəbəkələrdən və onlayn platformalardan arıqlama məqsədilə satılan məhsulları alarkən diqqətli olmağı, etiket məlumatlarının tamlığına və satışın qanuniliyə uyğunluğuna diqqət yetirməyi tövsiyə edir.
Məsələ ilə bağlı DuzXeber.az-a açıqlama verən dietoloq Nazənin Məmmədli qeyd edib ki, sosial şəbəkələrdə tanınmayan şəxslər tərəfindən ev şəraitində hazırlanıb satılan arıqlama çaylarına inanmaq insan sağlamlığı üçün bir növ təhlükəli oyundur:
"Bu gün internetdə saxta 'həkim' adı altında fəaliyyət göstərən, heç bir tibbi təhsili olmayan şəxslərin hazırladığı çaylar tamamilə qanunsuzudur və insan orqanizminə birbaşa zərbə vurur. Vətəndaşlar bilməlidirlər ki, təbiətdə 'sehrli çay' adlı hər hansı arıqladıcı vasitə mövcud deyil. Həmin məhsulların çoxunun tərkibinə orqanizmi susuzlaşdıran və bağırsaq florasını məhv edən zərərli maddələr qatılır".
Onun sözlərinə görə, sağlam şəkildə çəki atmaq yalnız düzgün qidalanma rejimi, su balansı və fiziki aktivliklə mümkündür:
"Ev şəraitində qablaşdırılan, harada istehsal olunduğu naməlum olan məhsulları alan şəxslər öz sağlamlıqlarını təhlükəyə atırlar. Çay içməklə arıqlamaq xülyası sadəcə fırıldaqçıların vətəndaşları aldatmaq üsuludur. Hər kəsə tövsiyə edirəm ki, sosial şəbəkələrdən bu cür şübhəli vasitələri almasınlar, əks təqdirdə fəsadları çox ağır ola bilər".//Tunar (nocomment.az)
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet
Tədris mərkəzində Almaniyaya İŞÇİ YOLLAMA adı altında FIRILDAQ - VİDEO
Gündəm / Sosial
