DuzXeber.az xəbər verir ki, səhiyyə sistemində aparılan islahatların əsas məqsədi vətəndaşın həkimə, tibbi xidmətə və dövlət səhiyyə müəssisələrinə çıxışını asanlaşdırmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək və xəstənin qarşılaşdığı problemləri minimuma endirmək olmalıdır. Lakin son dövrlərdə TƏBİB-in fəaliyyəti ətrafında səslənən narazılıqlar göstərir ki, rəhbərlikdə dəyişiklik olsa da, vətəndaşın gündəlik üzləşdiyi bir sıra problemlər hələ də öz həllini tapmayıb.
Ötən gün sosial şəbəkədə TƏBİB-in fəaliyyətini sərt tənqid edən şəhid qızı, tanınmış aktrisa Könül Yusifqızı da bu istiqamətdə ciddi narazılıq səsləndirib. Onun sözlərinə görə, 4 nömrəli uşaq poliklinikasında adi bir arayış almaq belə problemə çevrilib. Bəzən sistemin işləmədiyi, bəzən isə başqa texniki və təşkilati problemlərin ortaya çıxdığı bildirilir. Aktrisa, həmçinin işçi personalın vətəndaşlara münasibətindən narazılığını ifadə edərək, laqeyd yanaşmadan şikayətlənib.
VİDEO BURADA: https://vt.tiktok.com/ZSqfK8sGk/
Əgər vətəndaş bir poliklinikada ən sadə arayışı belə almaq üçün dəfələrlə problemlə üzləşirsə, burada məsələ artıq yalnız bir kompüter sisteminin işləyib-işləməməsi deyil. Burada idarəetmənin və xidmət mədəniyyətinin nə dərəcədə işlək olması sualı ortaya çıxır.
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun fəaliyyətinə gəlincə, onun rəhbərliyi dövründə qurumda genişmiqyaslı kadr və struktur dəyişiklikləri aparıldığı barədə məlumatlar yayılıb. Açıq mənbələrdə son aylarda TƏBİB-in mərkəzi aparatında bir sıra rəhbər vəzifələrdə dəyişikliklərin edildiyi, bəzi əməkdaşlarla əmək münasibətlərinə xitam verildiyi göstərilir.
Kadr islahatlarının özü, əlbəttə, problem deyil. Əksinə, səmərəsiz idarəetmənin aradan qaldırılması üçün zəruri də ola bilər. Amma əsas sual başqadır: bütün bu dəyişikliklərin nəticəsi vətəndaşın aldığı tibbi xidmətdə nə vaxt görünəcək?
Çünki səhiyyənin ölçü vahidi kabinetlərdə neçə rəhbərin dəyişdirilməsi deyil, xəstənin xəstəxanadan necə çıxmasıdır. Ölçü vahidi vəzifəyə kimin gətirilməsi yox, vətəndaşın həkim qarşısında özünü nə qədər güvənli hiss etməsidir.
Bu baxımdan TƏBİB rəhbərliyinin qarşısında ciddi suallar dayanır.
Səhiyyə sistemində əsas diqqət kadr dəyişikliklərinə, struktur yenilənməsinə və inzibati idarəetməyə yönəlirsə, bəs vətəndaşın qarşılaşdığı konkret problemlərin həlli hansı mərhələdədir?
Səsləndirilən iddialara görə, bəzi xəstəxanalarda dərman preparatlarının xəstə yaxınlarına aldırılması halları mövcuddur. Bu iddialar doğrudursa, artıq söhbət adi xidmət problemindən deyil, səhiyyə sistemində ciddi nəzarət məsələsindən gedir. Çünki vətəndaş icbari tibbi sığorta və dövlət səhiyyəsi çərçivəsində xidmət almaq üçün müraciət etdiyi halda, əlavə dərman və tibbi vasitələri öz hesabına almağa məcbur edilirsə, bunun səbəbi açıq şəkildə izah olunmalıdır.
Digər tərəfdən, cəmiyyətdə hələ də sovet dövründən qalma “şirinlik” məsələsinin bəzi səhiyyə müəssisələrində tam aradan qalxmadığı barədə narazılıqlar səslənir. Yəni həkimə və ya tibb bacısına əlavə pul vermədən xəstəyə normal münasibət göstərilmədiyi iddia olunur.
Bu, sadəcə bir “ənənə” deyil. Əgər belə hallar həqiqətən baş verirsə, bu, səhiyyə sistemində xidmət etikası, nəzarət və korrupsiyaya qarşı mübarizə baxımından ciddi problemdir.
Təsəvvür edin: xəstə onsuz da fiziki və psixoloji cəhətdən ağır vəziyyətdədir, ailəsi isə onun müalicəsi üçün bütün imkanlarını səfərbər edib. Belə bir vəziyyətdə həmin ailənin həkimə və ya tibb personalına əlavə ödəniş etməyə məcbur olduğunu hiss etməsi səhiyyə sisteminə olan etimadı sarsıdır.
Digər ağrılı məsələ isə xəstəxanalardakı sanitar vəziyyətlə bağlıdır.
Vaxtilə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşka) kimi tanınan xəstəxanada şəxsən şahidi olduğumuz mənzərə də bu baxımdan ciddi suallar doğurmuşdu. Xəstələrin yatdığı çarpayılarda, hətta üzərinə salınmış örtüklərdə qan ləkələrinin təmizlənmədiyi və ümumi şəraitin lazımi sanitariya standartlarına cavab vermədiyi görüntüsü yaddaşımızda qalıb.
Əlbəttə, bir müəssisədə müəyyən dövrdə müşahidə olunan vəziyyəti bütün səhiyyə sisteminə şamil etmək olmaz. Amma məhz belə hallar sistemli nəzarətin nə qədər vacib olduğunu göstərir.
Bu gün xəstəxanalarda vəziyyətin nə qədər dəyişdiyini isə TƏBİB rəhbərliyi özü ortaya qoymalıdır. Çünki şəffaflıq yalnız görülən işlərin sadalanması deyil. Problemlərin də açıq etirafı və onların həlli barədə cəmiyyətə hesabat verilməsidir.
Maraqlıdır ki, Anar Bayramov özü də ilkin səhiyyə xidmətinin səhiyyə sisteminin əsasını təşkil etdiyini və bu sahədə kadr potensialının gücləndirilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib. Eyni zamanda sentyabrın 1-dən TƏBİB sistemində çalışan 72 212 tibb işçisini əhatə edən əməkhaqqı islahatının tətbiq edildiyi və illik əməkhaqqı fondunun 189 milyon manat artacağı açıqlanıb.
Deməli, qarşıda kifayət qədər böyük maliyyə və idarəetmə resursu var. İndi əsas məsələ bu resursların vətəndaşın gündəlik həyatında real nəticəyə çevrilib-çevrilməyəcəyidir.
Çünki səhiyyə yalnız maaşların artırılması, yeni rəhbərlərin təyin edilməsi və struktur dəyişiklikləri demək deyil.
Səhiyyə — xəstəxanaya daxil olan vətəndaşın insani münasibət görməsi, tibbi yardımın vaxtında göstərilməsi, dərman təminatının aydın və şəffaf olması, xəstə yaxınlarının narahat edilməməsi, təmizlik və sanitariya qaydalarına əməl olunması və ən əsası, insanın “pul verməsəm, mənə normal xidmət göstərilməyəcək” qorxusundan xilas olmasıdır.
Bu səbəbdən TƏBİB rəhbərliyinin qarşısında ən ciddi vəzifə daha bir kadr dəyişikliyi deyil, məhz bu problemlərin kökündən araşdırılmasıdır.
Cəmiyyət artıq vəzifəyə kimin gətirildiyini deyil, onun nəyi dəyişdirdiyini görmək istəyir.
Əgər məqsəd səhiyyəni inkişaf etdirməkdirsə, nəticə poliklinikanın qeydiyyat pəncərəsindən başlayaraq xəstəxananın palatasına qədər görünməlidir.
Əks halda, rəhbərliklər dəyişəcək, kabinetlərdə yeni adlar peyda olacaq, strukturlar yenilənəcək, amma vətəndaşın problemi əvvəlki kimi qalacaq.
Və ən təhlükəlisi də budur: dövlət səhiyyəsinə ayrılan vəsait və imkanlar artdığı halda, vətəndaşın dövlət səhiyyəsinə inamı azalmasın.
VİDEO BURADA: https://vt.tiktok.com/ZSqPLahoX/
Bu yazıda səsləndirilən irad və iddialarla bağlı TƏBİB-in, həmçinin adıçəkilən tibb müəssisələrinin mövqeyini dərc etməyə hazırıq.
Müəllif: Kamal Əsgərov
Bir tərəfdə milyonlarla manat, digər tərəfdə arayış ala bilməyən vətəndaş – TƏBİB-də nə baş verir?
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil