Bakıda restorandan meyit tapılıb.

DuzXeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(Oxu.az)

Paylaş