DuzXeber.az: "Azpetrol" yanacaq doldurma məntəqəsində (Qala ərazisində yerləşən, aeroport yolundakı) operatorun səhvi nəticəsində maşınıma dizel yanacağı əvəzinə benzin tökukub..." Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Anar Ağayev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mənə xeyli ziyan dəydi. Boşaltdığım yanacağı qablara tökub geri qaytardım... Müdiriyyət qəbul etmədi. Hələ bunlar bir yana, etiraz etdikdə mühafizə işçisi mənə zor tətbiq etdi..."(Dia-az)

