29.12.2025
"DogruXeber.tv"nin apardığı müşahidələr və redaksiyamıza daxil olan müraciətlər bir daha göstərir ki, Xaçmaz rayonunda icra hakimiyyətinin fəaliyyəti dövlət idarəçiliyinin mahiyyətindən uzaqlaşaraq şəxsi maraqlara xidmət edən bir mexanizm təsiri bağışlayır. Burada söhbət təkcə bir vətəndaşın sosial problemindən yox, məmur-vətəndaş münasibətlərində formalaşmış sistemli laqeydlikdən, təkəbbürdən və siyasi məsuliyyətsizlikdən gedir.
Xaçmaz rayonunun Ağçay kənd sakini Asalıyev Vahid Şıxəli oğlu rayon icra hakimiyyətinin inzibati binasının qarşısında çəkdiyi video-müraciətlə acı bir reallığı ictimailəşdirir: problem var, vətəndaş var, amma onu dinləyən və cavabdeh olan yoxdur. Onun iddiasına görə, icra hakimiyyətinin əməkdaşları olan Ceyhun, Elnur və Günel adlı şəxslər vətəndaşın probleminə biganə yanaşıb, onu ciddiyə almayaraq yuxarıdan aşağı münasibət göstəriblər. Bu davranış artıq təkcə etik pozuntu deyil, dövlət məmurunun vətəndaşa qarşı açıq hörmətsizliyidir.
Altı uşaq atası olan Vahid bəy bildirir ki, ünvanlı sosial yardımı kəsilib, lakin səbəbi barədə ona nə yazılı, nə də şifahi əsaslandırılmış izahat verilib. Gününü icra hakimiyyətinin dəhlizlərində keçirən və sonda tam çarəsiz qalan vətəndaş üçün bu proses sadəcə bürokratik əngəl yox, sosial dramdır. Qapıdan qapıya göndərilmək, saatlarla gözləmək və nəticəsiz qalmaq bu gün Xaçmazda vətəndaşın dövlətlə qarşılaşmasının tipik mənzərəsinə çevrilib.
VİDEO: https://www.tiktok.com/@dogruxeber.tv/video/7588643899896319240?_r=1&_t=ZS-92bBfcMh3Kc
Məsələnin hüquqi tərəfi məlumdur: ünvanlı sosial yardımın təyinatı və dayandırılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətindədir. Lakin vətəndaşın digər qurumdan çarə tapa bilməyərək icra hakimiyyətinə üz tutması tamamilə məntiqlidir. Çünki icra başçısı problemdən yayınan yox, problemin həllini əlaqələndirən əsas inzibati fiqur olmalıdır. Ancaq görünən odur ki, Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev vətəndaş üçün əlçatmaz məmura çevrilib.
Rayon sakinlərinin söylədiklərinə görə, icra başçısı daha çox öz şəxsi rahatlığı, biznes maraqları və yaxın çevrəsinin təminatı ilə məşğuldur. İddialara əsasən, vəzifəyə təyin olunduqdan qısa müddət sonra qayınatasının adına yarım milyon manatlıq avtomobil alınıb. Bu iddialar rəsmi şəkildə təkzib edilmədiyi müddətdə cəmiyyətdə ciddi və haqlı suallar doğurur: bu vəsaitin mənbəyi nədir və niyə sosial problemlər fonunda dəbdəbəli həyat tərzi ön plana çıxır?
"DogruXeber.tv"yə daxil olan məlumatlar göstərir ki, rayon sakinlərinin əhəmiyyətli bir hissəsi problemlərinin həllini artıq icra strukturlarında yox, mediada axtarır. Bu isə o deməkdir ki, yerli icra hakimiyyəti vətəndaş üçün çıxış yolu deyil, əlavə maneəyə çevrilib.
Rayonun digər sakini Şaiq adlı vətəndaşın həyətyanı sahəsinə gedən yolun açılması üçün son ümid kimi Allaha müraciət etməsi isə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu açıq göstərir. Vətəndaş dövlət institutlarından ümidini kəsir, məmur susur, problem isə olduğu kimi qalır.
Daha narahatedici məqam ondan ibarətdir ki, daxil olan məlumatlara görə, rayonun aktiv sakinləri və jurnalistləri müxtəlif üsullarla təsir altına salınmağa çalışılır, tənqidi mövqelər neytrallaşdırılır. Məqsəd aydındır: yarıtmaz idarəetməni ört-basdır etmək. Lakin ictimai narazılıq dərinləşdikcə bu cəhdlərin nəticə vermədiyi də ortadadır.
Bu yazı şəxsi hücum deyil. Bu, dövlət idarəçiliyində yaranmış boşluqlara və sosial ədalətsizliyə diqqət çəkmək cəhdidir. Çünki icra başçısı kreslosunu xalqdan üstün tutduğu anda dövlət-vətəndaş münasibətləri zədələnir və etimad sarsılır.
Bu gün Xaçmazda vətəndaş probleminin həlli üçün icra hakimiyyətinin qapısında yox, kamera qarşısında və media vasitəsilə səsini ucaltmaq məcburiyyətində qalırsa, bu artıq ciddi siqnaldır.
"DogruXeber.tv" olaraq bildiririk: xalqdan uzaq düşən, vətəndaşın dərdinə biganə qalan məmur gec-tez cəmiyyətin sualları ilə üz-üzə qalır. Xaçmazda baş verənlər isə susmaqla yox, açıq mövqe və real hesabatla həll olunmalıdır.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO

Oxşar xəbərlər
-
27.12.2025Bir kəndin taleyində dövlət iradəsi: Horovlu gerçəyi -
17.12.2025Anar Məmmədovla Elnur Abdullayev arasında nə baş verir? - O ölkədən niyə çıxa bilmir? + FOTOYA DİQQƏT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.2025İlham Əliyev Bakıda zavod açılışında -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...