Bakının Yasamal rayonunda təmir işləri zamanı hündürlükdən yıxılan şəxs həyatını itirib.

DuzXeber.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında baş verib.

Təxminən 45-50 yaşlarında olan kişi yaxınları tərəfindən tibb müəssisəsinə aparılıb. Lakin onun həkiməqədər ölüm faktı qeydə alınıb.

Paylaş