2026-cı ilin oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının ümumi sayı 23 mln 388 min ədəd təşkil edib.

Bu barədə DuzXeber.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir.

Ödəniş kartlarının sayı sentyabr ayı ərzində 414 min ədəd və ya 1,8% artıb. İllik müqayisədə isə bu göstəricidə 2 mln 20 min ədəd və ya 9,4% artım qeydə alınıb.

Sözügedən dövrə debet kartlarının sayı 21 mln 353 min ədəd, kredit kartlarının sayı isə 2 mln 35 min ədəd təşkil edib.

Debet kartlarının tərkibində 3 mln 435 min ədədi sosial kartlar, 3 mln 91 ədədi əməkhaqqı kartları, 14 mln 827 min ədədi digər debet kartlar olub. Əsas artım digər debet kartlarının sayında olub ki, bu da sentyabrın 1-i göstəriciləri ilə müqayisədə 242 min ədəddir.

2026-cı il oktyabrın 1-nə debet və kredit kartları ilə əməliyyatların sayı 267 mln 267 min, həcmi isə 13 mlrd 310 mln manat təşkil edib. Sentyabr ayı ərzində ödəniş kartları vasitəsilə əməliyyatların sayı 9 mln 390 min olub.

Paylaş