Bakıda virusa yoluxan uşaq komaya düşüb.
DuzXeber.az xəbər verir ki, bunu azyaşlının anası Həmidə Cəfər bildirib.
Onun sözlərinə görə, 11 yaşlı oğlu Camal bir neçə gün əvvəl virusa yoluxub. Nəticədə uşaq komaya düşüb.
Həkimlər bunu virusun uşağın beyninə təsiri ilə əlaqələndiriblər.
Uşaq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib və həkimlərin səyi nəticəsində komadan çıxarılıb.
Hazırda onun müalicəsi davam edir.//Həmidə İbrahimova (Olke.az)


