Bakıda 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən DuzXeber.az-a məlumat verilib.

Bildirilib ki, oktyabrın 28-də Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Yeniyetmə aldığı xəsarətlərdən ölüb.(Nocomment.az)

Paylaş