Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir.

DuzXeber.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler məlumat verib.

O bildirib ki, İsmail Kartalın istefasından sonra bu posta 5 namizəd var. Onların arasında Qurban Qurbanovun da adı keçir.

Digər namizədlər isə Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və ya Volkan Dəmirəldir.

Paylaş