ABŞ-ın Prezident Donald Trampın əmri ilə 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı bildirilir. “CNN” bu barədə iki amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, mümkün hücumlar üçün Yaxın Şərqdə artıq kifayət qədər ABŞ hərbi qüvvəsi yerləşdirilib.
Hazırkı qarışıq vəziyyət fonunda və seçkilər ərəfəsində ABŞ bunu gözə alacaqmı? Budəfəki müharibədə hansı ölkələr hədəfə gələ bilər?
DuzXeber.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu açıqlama daha çox blefə bənzəyir:
“Çünki ABŞ İrana zərbə endirsə belə, bunun nəticəsinin əvvəlki kimi olmayacağına heç bir zəmanət yoxdur. Digər tərəfdən, zərbələr endiriləcəyi təqdirdə İranla yanaşı, husilərin, “Hizbullah”ın, “Həşdi-Şabi”nin və HƏMAS-ın prosesə necə reaksiya verəcəyi də nəzərə alınmalıdır. Bu halda qarşıdurma genişmiqyaslı müharibəyə çevrilə, nəticədə hibrid müharibə xarakteri ala bilər”.

Əziz Əlibəyli
Ekspert bildirib ki, belə bir qarşıdurmanın seçkilərin nəticələrinə təsir göstərməsi də istisna deyil:
“Buna görə də ehtimalımız budur ki, ayın 3-də seçki keçirildikdən və ilkin nəticələr açıqlanandan sonra hərbi əməliyyatlara başlanma ehtimalı yüksəkdir”.//Ləman İmran


