5.01.2026
Duzxeber.az: "DogruXeber.tv"nin məlumatına görə, Milli Məclisin tribunası xalqın problemlərinin səsləndirildiyi, regionların real vəziyyətinin ifadə olunduğu ali platforma kimi qəbul edilir. Lakin son dövrlər bu tribunanın bəzi deputatlar üçün daha çox pafoslu çıxışlar və ictimai imic formalaşdırmaq vasitəsinə çevrildiyi də açıq müşahidə olunur. İmişli rayonunu təmsil edən deputat Razi Nurullayev ətrafında yayılan məlumatlar bu ziddiyyətli mənzərənin ən bariz nümunələrindən biri kimi cəmiyyətin diqqətini cəlb edir.
Mediada və sosial şəbəkələrdə yayılan, eyni zamanda təqdim olunan video materiallarda səsləndirilən iddialar göstərir ki, deputatın Milli Məclisdə etdiyi emosional və pafoslu çıxışlarla real fəaliyyət istiqaməti arasında ciddi uyğunsuzluq mövcuddur. Tribunadan xalqın problemlərindən danışıldığı halda, arxa planda tamam fərqli maraqların güdüldüyü iddia olunur.
Video Telegram kanalımızda!
İddiaların mərkəzində İmişli rayonunun Nurulu kəndi dayanır. Bildirilir ki, kənd ərazisində bazar tikintisi məqsədilə geniş torpaq sahəsi zəbt edilib. Həmin ərazinin deputatın köməkçisinin atasının adına sənədləşdirildiyi qeyd olunur. Psixoloji durumu ilə bağlı əlilliyi olan bir şəxsin adına bu cür strateji və geniş torpaq sahəsinin rəsmiləşdirilməsi cəmiyyətdə ciddi suallar doğurur və prosesin formal xarakter daşıdığı ehtimalını gücləndirir.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, sözügedən ərazidə “Qırmızı kitaba” düşmüş yılğın ağacları məhv edilib. Üstəlik, bu torpaq sahəsinin kənd sakinlərinin uzun illərdir heyvanlarını otardığı örüş sahəsi olduğu bildirilir. Kəndin ümumi istifadəsində olan bu ərazinin hasarlanaraq kommersiya məqsədilə istifadəyə verilməsi yerli əhali arasında haqlı narazılıq yaradıb və sosial gərginliyi artırıb.
Məsələ ictimailəşdikdən sonra aidiyyəti dövlət qurumlarının məlumatlandırıldığı, nəticədə bələdiyyə tərəfindən verilmiş sənədlərin və torpaqla bağlı hüquqi əsasların məhkəmə qərarı ilə ləğv edildiyi bildirilir. Lakin bütün bunlara baxmayaraq, iddialara görə, Nurulu kəndində aparılan tikinti işləri faktiki olaraq dayandırılmayıb. Təqdim olunan video materiallarda da məhkəmə qərarına baxmayaraq tikintinin davam etdiyi açıq şəkildə görünür.
"DogruXeber.tv"nin araşdırmasında bu hal artıq təkcə torpaq və ekoloji qanun pozuntusu deyil, eyni zamanda məhkəmə qərarlarının icrasına açıq etinasızlıq kimi qiymətləndirilir.
Digər ciddi iddialar deputatın biznes fəaliyyəti ilə bağlıdır. Azərbaycan qanunvericiliyinə əsasən, deputatların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin yayılan məlumatlar göstərir ki, Razi Nurullayev bu qadağanı ailə üzvləri üzərindən dolayısı yollarla aşmağa çalışır. İddialara görə, deputatın həyat yoldaşı Könül Nurullayeva müxtəlif biznes sahələrində fəal iştirak edir, Bakının bir neçə ərazisində villa tipli mülklərlə, eləcə də Qarabağda aparılan tikinti layihələrində müəyyən paylarla əlaqələndirilir. Bu faktlar deputatın rəsmi statusu ilə ailəsinin iqtisadi fəaliyyəti arasında ciddi ziddiyyət yaradır.
Məsələnin daha da dərinləşən tərəfi deputatın qardaşı Hasil Nurullayevin də eyni biznes şəbəkəsində pay sahibi olması ilə bağlı iddialardır. Bu isə artıq tək-tük və təsadüfi hallar yox, ailəvi şəkildə formalaşmış və siyasi nüfuz hesabına qorunan biznes modelindən xəbər verir. Belə bir mənzərə cəmiyyətdə vəzifədən şəxsi maraqlar üçün istifadə olunduğu barədə ciddi şübhələr yaradır.
Videomateriallarda səsləndirilən daha bir iddiaya görə isə deputatın qardaşı Hasil Nurullayevin Sankt-Peterburqda yaşayan oğlunun Dubayda toy mərasimi keçirməsi planlaşdırılır. Qeyd olunur ki, bu iddia cəmiyyət arasında geniş müzakirələrə səbəb olub və sosial-iqtisadi problemlərlə üzləşən bir rayonu təmsil edən deputatın ailə çevrəsindəki dəbdəbəli həyat tərzi ilə bağlı sualları daha da artırıb. Burada əsas məsələ toyun harada keçirilməsi deyil, bu dəbdəbəli həyat tərzinin hansı maliyyə mənbələri hesabına mümkün olmasıdır.
Ortaya çıxan bütün bu iddialar Razi Nurullayevin ictimaiyyətə təqdim etdiyi “xalqın səsi” obrazı ilə arxa planda baş verən proseslər arasında ciddi uçurum olduğunu göstərir. Nurulu kəndində örüş sahələrinin zəbt edilməsi, ekoloji pozuntular, məhkəmə qərarlarının icra olunmaması, ailə üzvləri üzərindən qurulan biznes əlaqələri və dəbdəbəli həyat tərzi bir-birini tamamlayan faktlar kimi görünür. Pafoslu çıxışlarla ictimai rəy formalaşdırmaq mümkündür, lakin faktlar gec-tez öz sözünü deyir.
"DogruXeber.tv" hesab edir ki, bu baxımdan İmişli rayonunu təmsil edən deputatın fəaliyyəti ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən ciddi, şəffaf və obyektiv araşdırılmalıdır. Çünki siyasət vitrin deyil, məsuliyyətdir və bu məsuliyyət yalnız sözlə yox, əməllə ölçülür.
Xalq adından danışıb ailə maraqlarını böyütmək? - Razi Nurullayevlə bağlı ciddi suallar
Duzxeber.az: "DogruXeber.tv"nin məlumatına görə, Milli Məclisin tribunası xalqın problemlərinin səsləndirildiyi, regionların real vəziyyətinin ifadə olunduğu ali platforma kimi qəbul edilir. Lakin son dövrlər bu tribunanın bəzi deputatlar üçün daha çox pafoslu çıxışlar və ictimai imic formalaşdırmaq vasitəsinə çevrildiyi də açıq müşahidə olunur. İmişli rayonunu təmsil edən deputat Razi Nurullayev ətrafında yayılan məlumatlar bu ziddiyyətli mənzərənin ən bariz nümunələrindən biri kimi cəmiyyətin diqqətini cəlb edir.Mediada və sosial şəbəkələrdə yayılan, eyni zamanda təqdim olunan video materiallarda səsləndirilən iddialar göstərir ki, deputatın Milli Məclisdə etdiyi emosional və pafoslu çıxışlarla real fəaliyyət istiqaməti arasında ciddi uyğunsuzluq mövcuddur. Tribunadan xalqın problemlərindən danışıldığı halda, arxa planda tamam fərqli maraqların güdüldüyü iddia olunur.
Video Telegram kanalımızda!
İddiaların mərkəzində İmişli rayonunun Nurulu kəndi dayanır. Bildirilir ki, kənd ərazisində bazar tikintisi məqsədilə geniş torpaq sahəsi zəbt edilib. Həmin ərazinin deputatın köməkçisinin atasının adına sənədləşdirildiyi qeyd olunur. Psixoloji durumu ilə bağlı əlilliyi olan bir şəxsin adına bu cür strateji və geniş torpaq sahəsinin rəsmiləşdirilməsi cəmiyyətdə ciddi suallar doğurur və prosesin formal xarakter daşıdığı ehtimalını gücləndirir.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, sözügedən ərazidə “Qırmızı kitaba” düşmüş yılğın ağacları məhv edilib. Üstəlik, bu torpaq sahəsinin kənd sakinlərinin uzun illərdir heyvanlarını otardığı örüş sahəsi olduğu bildirilir. Kəndin ümumi istifadəsində olan bu ərazinin hasarlanaraq kommersiya məqsədilə istifadəyə verilməsi yerli əhali arasında haqlı narazılıq yaradıb və sosial gərginliyi artırıb.
Məsələ ictimailəşdikdən sonra aidiyyəti dövlət qurumlarının məlumatlandırıldığı, nəticədə bələdiyyə tərəfindən verilmiş sənədlərin və torpaqla bağlı hüquqi əsasların məhkəmə qərarı ilə ləğv edildiyi bildirilir. Lakin bütün bunlara baxmayaraq, iddialara görə, Nurulu kəndində aparılan tikinti işləri faktiki olaraq dayandırılmayıb. Təqdim olunan video materiallarda da məhkəmə qərarına baxmayaraq tikintinin davam etdiyi açıq şəkildə görünür.
"DogruXeber.tv"nin araşdırmasında bu hal artıq təkcə torpaq və ekoloji qanun pozuntusu deyil, eyni zamanda məhkəmə qərarlarının icrasına açıq etinasızlıq kimi qiymətləndirilir.
Digər ciddi iddialar deputatın biznes fəaliyyəti ilə bağlıdır. Azərbaycan qanunvericiliyinə əsasən, deputatların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin yayılan məlumatlar göstərir ki, Razi Nurullayev bu qadağanı ailə üzvləri üzərindən dolayısı yollarla aşmağa çalışır. İddialara görə, deputatın həyat yoldaşı Könül Nurullayeva müxtəlif biznes sahələrində fəal iştirak edir, Bakının bir neçə ərazisində villa tipli mülklərlə, eləcə də Qarabağda aparılan tikinti layihələrində müəyyən paylarla əlaqələndirilir. Bu faktlar deputatın rəsmi statusu ilə ailəsinin iqtisadi fəaliyyəti arasında ciddi ziddiyyət yaradır.
Məsələnin daha da dərinləşən tərəfi deputatın qardaşı Hasil Nurullayevin də eyni biznes şəbəkəsində pay sahibi olması ilə bağlı iddialardır. Bu isə artıq tək-tük və təsadüfi hallar yox, ailəvi şəkildə formalaşmış və siyasi nüfuz hesabına qorunan biznes modelindən xəbər verir. Belə bir mənzərə cəmiyyətdə vəzifədən şəxsi maraqlar üçün istifadə olunduğu barədə ciddi şübhələr yaradır.
Videomateriallarda səsləndirilən daha bir iddiaya görə isə deputatın qardaşı Hasil Nurullayevin Sankt-Peterburqda yaşayan oğlunun Dubayda toy mərasimi keçirməsi planlaşdırılır. Qeyd olunur ki, bu iddia cəmiyyət arasında geniş müzakirələrə səbəb olub və sosial-iqtisadi problemlərlə üzləşən bir rayonu təmsil edən deputatın ailə çevrəsindəki dəbdəbəli həyat tərzi ilə bağlı sualları daha da artırıb. Burada əsas məsələ toyun harada keçirilməsi deyil, bu dəbdəbəli həyat tərzinin hansı maliyyə mənbələri hesabına mümkün olmasıdır.
Ortaya çıxan bütün bu iddialar Razi Nurullayevin ictimaiyyətə təqdim etdiyi “xalqın səsi” obrazı ilə arxa planda baş verən proseslər arasında ciddi uçurum olduğunu göstərir. Nurulu kəndində örüş sahələrinin zəbt edilməsi, ekoloji pozuntular, məhkəmə qərarlarının icra olunmaması, ailə üzvləri üzərindən qurulan biznes əlaqələri və dəbdəbəli həyat tərzi bir-birini tamamlayan faktlar kimi görünür. Pafoslu çıxışlarla ictimai rəy formalaşdırmaq mümkündür, lakin faktlar gec-tez öz sözünü deyir.
"DogruXeber.tv" hesab edir ki, bu baxımdan İmişli rayonunu təmsil edən deputatın fəaliyyəti ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən ciddi, şəffaf və obyektiv araşdırılmalıdır. Çünki siyasət vitrin deyil, məsuliyyətdir və bu məsuliyyət yalnız sözlə yox, əməllə ölçülür.
Oxşar xəbərlər
-
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO) -
27.11.2025İlham Əliyev Bakıda zavod açılışında -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
9.06.2026İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı
-
9.06.202610 məşhurun narkotik testi müsbət çıxdı
-
9.06.2026Kərim Xan vəzifəsindən kənarlaşdırıldı
-
9.06.2026İmamoğlu və Özəl silindi...
-
9.06.2026Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar
-
9.06.2026Bakının iki rayonunda işıq olmayacaq
-
9.06.2026“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
-
9.06.2026Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb
-
9.06.2026Pensiya və sosial müavinətlərə bağlı yenilik
-
9.06.2026Sumqayıtda evdə meyit tapıldı
-
8.06.2026Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

8.06.2026“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
-
8.06.2026Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
8.06.2026ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb
-
8.06.2026Ruslan Quliyev vəfat etdi
-
8.06.2026Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu
-
8.06.2026Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
8.06.2026Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib
-
8.06.2026Dünyada taxıl 5%-ə yaxın bahalaşıb
-
8.06.2026Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
8.06.2026Belarus NATO üçün təhlükədir - Qof
-
8.06.2026Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? -Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
-
8.06.2026İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü
-
8.06.2026Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar
-
8.06.2026Aİ miqrantların deportasiya mərkəzləri üçün ölkələr axtarır
-
8.06.2026Evdəki bu bitki ilanları maqnit kimi çəkir
-
8.06.2026Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
8.06.2026Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar