13.01.2026
Duzxeber.az: - Heydər Əliyev adına liseyin tibb bacıs ıişləyən şikayətçi Aida Nəsibova XALQ-a müraciət edərək işdən çıxarılması ilə bağlı son dərəcə ağır və ciddi iddialar səsləndirib.
Şikayətçinin Xalq-a bildirdiyinə görə, o, liseyin direktoru Sevinc Orucova tərəfindən əsassız şikayətlər əsasında işdən azad edilib. Aida Nəsibova iddia edir ki, direktor ondan 2000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlər əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.
“Mən kim olduğumu bilirsən?” – şantaj iddiası
Şikayətçinin sözlərinə görə, Sevinc Orucova ona açıq şəkildə bildirərək deyib ki, Ramiz Mehdiyevin qohumudur və bu əlaqələrə arxalanaraq istədiyini edə bilər: “Dedi ki, burası dəyirman deyil, 2 min verib rahat işləyəsən. Gücüm çatmadığını deyəndə bildirdi ki, mən kiməm bilirsən, nə desəm hamı mənə inanacaq, burada rahat işləyə bilməyəcəksən”.
Aida Nəsibova iddia edir ki, bu təzyiqlərdən sonra direktor ona qarşı ardıcıl şəkildə oyunlar qurmağa başlayıb, hətta qonşularına qədər axtarıb taparaq onunla bağlı problemlər yaradıb.
Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, kameranı tapdığı an direktor qəfil otağa daxil olub və kameranı əlindən alaraq öz otağına aparıb və məsələ ilə “özünün məşğul olacağını” bildirib.
Bu hadisədən sonra qorxuya düşdüyünü deyən Aida Nəsibova aidiyyəti qurumlara müraciət etməyə məcbur qaldığını, bundan xəbər tutan direktorun isə ona qarşı “torba tikdirərək” işdən çıxarılmasına nail olduğunu iddia edir.
Şikayətçi təkcə özünün deyil, digər müəllim və valideynlərin də zərər gördüyünü bildirir. Onun iddiasına görə, məktəbdə bəzi şagirdlər psixoloji təzyiqə məruz qalır, valideynlər isə əlacsız vəziyyətə salınır. Bildirilir ki, bəzi hallarda şagirdlərə təzyiq göstərilərək aşağı qiymət yazılır, daha sonra valideynlərdən 500 manat alındıqdan sonra qiymətlər “düzəldilir”.
Aida Nəsibova bildirir ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var. Maddi imkanlarının çox məhdud olduğunu, məktəbin evinə yaxın olduğu üçün burada işləməyə məcbur qaldığını deyir. Şikayətçinin sözlərinə görə, bu vəziyyət direktora əvvəldən məlum olsa da, ona heç bir güzəşt edilməyib, əksinə daim təzyiq göstərilib.
Şikayətçi iddia edir ki, vaxtilə kömək etdiyi bəzi şəxslər belə onun əleyhinə ifadə verməyə məcbur edilib. Onun fikrincə, bütün bunlar direktorun nüfuzundan istifadə edərək insanları qorxu altında saxlaması ilə bağlıdır.
Məsələ ilə bağlı Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, eləcə də Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlamağa çalışsaq da, hər hansı açıqlama almaq mümkün olmayıb.(Xalq.online)
Yazıda adları keçənlrəində fikirlərini dərc etməyə hazırıq.
Liseydə rüşvət, şantaj və təzyiq iddialar: Tibb bacısı işdən çıxarılmasından danışdı
Duzxeber.az: - Heydər Əliyev adına liseyin tibb bacıs ıişləyən şikayətçi Aida Nəsibova XALQ-a müraciət edərək işdən çıxarılması ilə bağlı son dərəcə ağır və ciddi iddialar səsləndirib.Şikayətçinin Xalq-a bildirdiyinə görə, o, liseyin direktoru Sevinc Orucova tərəfindən əsassız şikayətlər əsasında işdən azad edilib. Aida Nəsibova iddia edir ki, direktor ondan 2000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlər əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.
“Mən kim olduğumu bilirsən?” – şantaj iddiası
Şikayətçinin sözlərinə görə, Sevinc Orucova ona açıq şəkildə bildirərək deyib ki, Ramiz Mehdiyevin qohumudur və bu əlaqələrə arxalanaraq istədiyini edə bilər: “Dedi ki, burası dəyirman deyil, 2 min verib rahat işləyəsən. Gücüm çatmadığını deyəndə bildirdi ki, mən kiməm bilirsən, nə desəm hamı mənə inanacaq, burada rahat işləyə bilməyəcəksən”.
Aida Nəsibova iddia edir ki, bu təzyiqlərdən sonra direktor ona qarşı ardıcıl şəkildə oyunlar qurmağa başlayıb, hətta qonşularına qədər axtarıb taparaq onunla bağlı problemlər yaradıb.
Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, kameranı tapdığı an direktor qəfil otağa daxil olub və kameranı əlindən alaraq öz otağına aparıb və məsələ ilə “özünün məşğul olacağını” bildirib.
Bu hadisədən sonra qorxuya düşdüyünü deyən Aida Nəsibova aidiyyəti qurumlara müraciət etməyə məcbur qaldığını, bundan xəbər tutan direktorun isə ona qarşı “torba tikdirərək” işdən çıxarılmasına nail olduğunu iddia edir.
Şikayətçi təkcə özünün deyil, digər müəllim və valideynlərin də zərər gördüyünü bildirir. Onun iddiasına görə, məktəbdə bəzi şagirdlər psixoloji təzyiqə məruz qalır, valideynlər isə əlacsız vəziyyətə salınır. Bildirilir ki, bəzi hallarda şagirdlərə təzyiq göstərilərək aşağı qiymət yazılır, daha sonra valideynlərdən 500 manat alındıqdan sonra qiymətlər “düzəldilir”.
Aida Nəsibova bildirir ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var. Maddi imkanlarının çox məhdud olduğunu, məktəbin evinə yaxın olduğu üçün burada işləməyə məcbur qaldığını deyir. Şikayətçinin sözlərinə görə, bu vəziyyət direktora əvvəldən məlum olsa da, ona heç bir güzəşt edilməyib, əksinə daim təzyiq göstərilib.
Şikayətçi iddia edir ki, vaxtilə kömək etdiyi bəzi şəxslər belə onun əleyhinə ifadə verməyə məcbur edilib. Onun fikrincə, bütün bunlar direktorun nüfuzundan istifadə edərək insanları qorxu altında saxlaması ilə bağlıdır.
Məsələ ilə bağlı Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, eləcə də Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlamağa çalışsaq da, hər hansı açıqlama almaq mümkün olmayıb.(Xalq.online)
Yazıda adları keçənlrəində fikirlərini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
-
9.01.2026Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir -
7.01.2026Direktor kreslosuna gedən yol: könüllü imtinalar, yoxlamalar və suallar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
12.12.2025Heydər Əliyevin anım günüdür -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
-
15.06.2026Qarabağ yenidən həyata qovuşub
-
15.06.2026Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək


