13.01.2026
Dövlət qurumlarında artan zərərlər, məsuliyyətsiz idarəetmə və bunun yükünün yenidən vətəndaşın üzərinə qoyulması cəmiyyətdə ciddi narazılıq doğurur. Xüsusilə ictimai nəqliyyat kimi sosial əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar aztəminatlı təbəqənin maraqlarını sual altına alır.
Duzxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, iqtisadçı Asif İbrahimov sosial şəbəkədə dövlət idarəçiliyi, məmur məsuliyyəti və ictimai nəqliyyat sahəsindəki zərərlərlə bağlı tənqidi paylaşım edib.
O, universitetdə oxuduğu dövrdə bir müəlliminin “Prezident tərəfindən təyin olunan məmuru tənqid etmək olmaz” fikrini xatırladaraq, bu yanaşma ilə nə o vaxt, nə də indi razılaşmadığını bildirib. Asif İbrahimovun sözlərinə görə, hər hansı məmurun uğursuzluğu ölkə başçısının deyil, birbaşa həmin şəxsin məsuliyyətidir. İqtisadçı qeyd edib ki, həmin müəllim hazırda Azərbaycanın əhalisi az olan kiçik rayonlarından birinin deputatıdır.
Paylaşımda bəzi məmurların idarəetmə bacarığının zəif olduğu vurğulanıb. Asif İbrahimov bəzi şəxslərə ən sadə tapşırığın belə etibar edilməyəcəyini, lakin onların ölkənin strateji sahələrinə rəhbərlik etdiyini bildirib. Onun fikrincə, bu “smart məmurlar” əvvəlki “feodal məmurları” belə kölgədə qoyur.
İqtisadçı Bakı Metropoliteninin 2025-ci il üzrə 139 milyon manat zərər açıqlamasına və yığılmış zərərin 3 milyard manata çatmasına da diqqət çəkib. O, ADY, AZAL və ASCO kimi qurumların rəsmi rəqəmləri tam açıqlamasa da, vəziyyətin oxşar olduğunu qeyd edib. Asif İbrahimovun sözlərinə görə, əsas paradoks ondan ibarətdir ki, əgər bu qurumlar zərərlə işləyirsə, məntiqlə onların rəhbərliyi də bunun məsuliyyətini daşımalı və nəticələrə görə cavab verməlidir.
Bakı Metropoliteninin “tariflərin məsafəyə görə müəyyən olunacağı” ilə bağlı açıqlamasına toxunan iqtisadçı bildirib ki, illərlə yığılan zərərin və səmərəsiz idarəetmənin yükü yenidən xalqın və dövlət büdcəsinin üzərinə qoyulur. O, xüsusilə vurğulayıb ki, Bakı şəhərində aztəminatlı əhalinin böyük hissəsi Avtovağzal, Həzi Aslanov və 20 Yanvar istiqamətlərində yaşayır və metrodan əsas istifadə edənlər tələbələr, pensiyaçılar və aztəminatlı ailələrdir. Bu baxımdan, tarif artımı və məsafəyə görə ödəniş ən həssas sosial təbəqəyə ciddi təsir göstərəcək.
Asif İbrahimov qeyd edib ki, dövlət bu qurumları illərlə dotasiya və subsidiyalarla “pis öyrədib” və nəticədə rəhbərlikdə “zərər et, necə olsa büdcə bağlayacaq” düşüncəsi formalaşıb. Onun sözlərinə görə, normal ölkələrdə, o cümlədən Sinqapurda xroniki zərər edən dövlət qurumlarına subsidiya dayandırılır və ya islahatlar aparılır, rəhbərlik dəyişdirilir, yaxud struktur tam yenidən qurulur.
İqtisadçı uzun illərdir bütün dövlət qurumlarında KPİ (Key Performance Indicators – əsas fəaliyyət göstəriciləri) sisteminin tətbiqini təklif etdiyini də vurğulayıb. O, bildirib ki, ölçülə bilən göstəricilərə əsaslanan real mükafat və real cəza mexanizmi yaradılmalıdır. Asif İbrahimov rus atalar sözünü xatırladaraq qeyd edib: “Управляемо то, что измеряемо”, yəni “ölçə bilmədiyini idarə edə bilməzsən”.
Zərərin bədəli yenə xalqdan çıxılır: Dövlət qurumlarının məsuliyyətsiz idarəetməsinə CİDDİ ETİRAZ
Dövlət qurumlarında artan zərərlər, məsuliyyətsiz idarəetmə və bunun yükünün yenidən vətəndaşın üzərinə qoyulması cəmiyyətdə ciddi narazılıq doğurur. Xüsusilə ictimai nəqliyyat kimi sosial əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar aztəminatlı təbəqənin maraqlarını sual altına alır.Duzxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, iqtisadçı Asif İbrahimov sosial şəbəkədə dövlət idarəçiliyi, məmur məsuliyyəti və ictimai nəqliyyat sahəsindəki zərərlərlə bağlı tənqidi paylaşım edib.
O, universitetdə oxuduğu dövrdə bir müəlliminin “Prezident tərəfindən təyin olunan məmuru tənqid etmək olmaz” fikrini xatırladaraq, bu yanaşma ilə nə o vaxt, nə də indi razılaşmadığını bildirib. Asif İbrahimovun sözlərinə görə, hər hansı məmurun uğursuzluğu ölkə başçısının deyil, birbaşa həmin şəxsin məsuliyyətidir. İqtisadçı qeyd edib ki, həmin müəllim hazırda Azərbaycanın əhalisi az olan kiçik rayonlarından birinin deputatıdır.
Paylaşımda bəzi məmurların idarəetmə bacarığının zəif olduğu vurğulanıb. Asif İbrahimov bəzi şəxslərə ən sadə tapşırığın belə etibar edilməyəcəyini, lakin onların ölkənin strateji sahələrinə rəhbərlik etdiyini bildirib. Onun fikrincə, bu “smart məmurlar” əvvəlki “feodal məmurları” belə kölgədə qoyur.
İqtisadçı Bakı Metropoliteninin 2025-ci il üzrə 139 milyon manat zərər açıqlamasına və yığılmış zərərin 3 milyard manata çatmasına da diqqət çəkib. O, ADY, AZAL və ASCO kimi qurumların rəsmi rəqəmləri tam açıqlamasa da, vəziyyətin oxşar olduğunu qeyd edib. Asif İbrahimovun sözlərinə görə, əsas paradoks ondan ibarətdir ki, əgər bu qurumlar zərərlə işləyirsə, məntiqlə onların rəhbərliyi də bunun məsuliyyətini daşımalı və nəticələrə görə cavab verməlidir.
Bakı Metropoliteninin “tariflərin məsafəyə görə müəyyən olunacağı” ilə bağlı açıqlamasına toxunan iqtisadçı bildirib ki, illərlə yığılan zərərin və səmərəsiz idarəetmənin yükü yenidən xalqın və dövlət büdcəsinin üzərinə qoyulur. O, xüsusilə vurğulayıb ki, Bakı şəhərində aztəminatlı əhalinin böyük hissəsi Avtovağzal, Həzi Aslanov və 20 Yanvar istiqamətlərində yaşayır və metrodan əsas istifadə edənlər tələbələr, pensiyaçılar və aztəminatlı ailələrdir. Bu baxımdan, tarif artımı və məsafəyə görə ödəniş ən həssas sosial təbəqəyə ciddi təsir göstərəcək.
Asif İbrahimov qeyd edib ki, dövlət bu qurumları illərlə dotasiya və subsidiyalarla “pis öyrədib” və nəticədə rəhbərlikdə “zərər et, necə olsa büdcə bağlayacaq” düşüncəsi formalaşıb. Onun sözlərinə görə, normal ölkələrdə, o cümlədən Sinqapurda xroniki zərər edən dövlət qurumlarına subsidiya dayandırılır və ya islahatlar aparılır, rəhbərlik dəyişdirilir, yaxud struktur tam yenidən qurulur.
İqtisadçı uzun illərdir bütün dövlət qurumlarında KPİ (Key Performance Indicators – əsas fəaliyyət göstəriciləri) sisteminin tətbiqini təklif etdiyini də vurğulayıb. O, bildirib ki, ölçülə bilən göstəricilərə əsaslanan real mükafat və real cəza mexanizmi yaradılmalıdır. Asif İbrahimov rus atalar sözünü xatırladaraq qeyd edib: “Управляемо то, что измеряемо”, yəni “ölçə bilmədiyini idarə edə bilməzsən”.
Oxşar xəbərlər
-
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR” -
31.12.2025YENİ BAŞÇI, KÖHNƏ TAMAH... – Nəsiminin “çiçəyi burnunda” başçısı nəyin və kimin güdazına gedib? -
29.12.2025Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
-
15.06.2026Qarabağ yenidən həyata qovuşub
-
15.06.2026Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək


