13.01.2026
Duzxeber.az: - Gəncə şəhəri Rüzgar Qasımov küçəsi 60A ünvanında inşa olunması nəzərdə tutulan 4 mərtəbəli otellə bağlı yayılan məlumatlar ciddi suallar doğurur. Məsələ təkcə bir tikinti layihəsi ilə məhdudlaşmır – burada şəhərsalma normalarının kobud şəkildə pozulması, qonşu mülkiyyət hüquqlarının tapdanması və vətəndaşların təhlükəsizliyinin risk altına atılması iddiaları var.Məlumatlara görə, sözügedən torpaq sahəsi sahibkar Məmmədov Kərəm Məcid oğluna məxsusdur və ərazi “Qərb-region” MMC-yə məxsus torpaq sahəsinin bilavasitə yaxınlığında yerləşir.
Yenixeber.org: Lakin problem məhz buradan başlayır.İddialara əsasən, tikinti layihəsi təhrif olunmuş formada tərtib edilib. Belə ki, "Qərb-region” MMC-yə məxsus torpaq sahəsi layihədə boş ərazi kimi göstərilib. Layihədə tikinti 15 sot torpaq sahəsini əhatə edir, halbuki faktiki torpaq sahəsi cəmi 10 sotdur. Bu isə layihə sənədlərinin reallıqla uyğun gəlmədiyini açıq şəkildə göstərir.
Bu hal Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Qanunvericiliyə görə, layihə sənədlərində torpaq sahəsinin sərhədləri, ölçüləri və qonşu mülkiyyət obyektləri dəqiq və dəyişdirilməz şəkildə göstərilməlidir. Əks halda bu, saxta layihələndirmə kimi qiymətləndirilə bilər.Daha ciddi məsələ isə tikintinin qonşu obyektlərlə normativ ara məsafələrə əməl olunmadan aparılmasıdır. Bu,həm yanğın təhlükəsizliyi,həm də sanitariya və yaşayış təhlükəsizliyi normalarının pozulması deməkdir.Üstəlik, tikinti zamanı səkinin qanunsuz zəbt edildiyi, nəticədə piyadaların avtomobillərin intensiv hərəkət etdiyi yoldan istifadə etməyə məcbur qaldığı bildirilir. Bu isə artıq birbaşa vətəndaşların həyat və sağlamlığına təhlükədir.
Mövzu ilə bağlı 10.12.2025-ci il tarixində 10/316 nömrəli məktubla Gəncə Şəhər İcra Hakimiyyətinə,elə həmən tarixdə 10/317 nömrəli məktubla Şəhərsalma və Arxitektura Komitəsinə portalımız adından rəsmi sorğu ünvanladıq. Sorğuda yuxarıda sadalanan bütün iddialar, layihə uyğunsuzluğu və səki zəbtinə dair konkret suallar yer alıb.
Lakin qanunvericiliklə müəyyən edilmiş 7 iş günü, hətta maksimum 14 iş günü çoxdan keçməsinə baxmayaraq, 1 aydan artıqdır ki, heç bir cavab verilməyib.Bu isə artıq təkcə etik yox, hüquqi pozuntudur.“Media haqqında” Qanuna görə jurnalist sorğusu ən geci 7 iş günü ərzində cavablandırılmalıdır.Görəsən Gəncə şəhərində layihəsi təhrif olunmuş,torpaq ölçüləri uyğun gəlməyən,səki zəbt edən və vətəndaşların təhlükəsizliyini riskə atan tikinti kimin himayəsi ilə və hansı əsasla aparılır?
Niyə Gəncə Şəhər İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi qanuni jurnalist sorğusuna cavab verməkdən yayınır?
Bu susqunluq artıq şəffaflıq yox, ört-basdır təsiri bağışlayır, qanunu pozan özünü daha arxayın hiss edirsə, bu, “göz yumma” yox, mümkün şəriklik sualını gündəmə gətirir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.(mediatv.az)
Qanunsuzluğa göz yumanlar qanunlara meydan oxumursa, bəs nə edir? - VİDEO

Oxşar xəbərlər
-
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur? -
5.01.2026Xalq adından danışıb ailə maraqlarını böyütmək? - Razi Nurullayevlə bağlı ciddi suallar -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?
Xəbər lenti
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026“İnşaat Konstruksiyalar” MMC-dən Prezidentə şikayət:...məni buna vadar etməsinlər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
-
29.06.2026"Demokratiya TV"nin rəhbəri həbs edildi
-
29.06.2026İyulun 1-də təbiət hadisəsi baş verəcək
-
29.06.2026ABŞ-də yeddiaylıq qızı güllələyən 10 yaşlı oğlan həbs edildi
-
29.06.202622 yaşlı reper haqda ölüm cəzası çıxarıldı
-
29.06.2026Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
-
29.06.2026Yaponiyada yeni dişlərin çıxmasını hədəfləyən dərman sınaqdan keçirilir
-
29.06.2026"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
29.06.2026Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
-
29.06.2026Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
29.06.2026Ödəniş sistemlərinin xariclə inteqrasiyası....
-
29.06.2026Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
-
29.06.2026Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
29.06.2026Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?
-
29.06.2026Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
-
29.06.2026Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi
-
29.06.2026Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
-
29.06.2026Sabah yağış, şimşək və dolu yağacaq
-
29.06.2026Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
29.06.2026Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
-
29.06.2026Polşa “gözəgörünməz” sualtılar alır
-
29.06.2026Avro bahalaşdı, rubl ucuzlaşdı
-
29.06.2026Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”
-
29.06.2026İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
-
29.06.2026Britaniya aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Erfurtda yerə enib
-
29.06.2026Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
-
29.06.2026Çində güclü zəlzələ olub - Xəsarət alanlar var