13.01.2026
Duzxeber.az: - Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.
Modern.az-ın Hesablama Palatasının rəsmi saytından əldə etdiyi məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri – damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.
Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.
Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.
Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda “izlənilməsi davam edir” statusundadır.
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara “yoxa çıxıb”
Duzxeber.az: - Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.Modern.az-ın Hesablama Palatasının rəsmi saytından əldə etdiyi məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri – damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.
Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.
Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.
Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda “izlənilməsi davam edir” statusundadır.
Oxşar xəbərlər
-
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR” -
7.01.2026Həsənriz kəndinin sakinlərinin diqqətinə! -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
16.06.2026İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma
-
16.06.2026İlham Əliyev fərman imzaladı
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?


