14.01.2026
Duzxeber.az: - “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.
Bu barədə Hesablama Palatasının hesabatına qeyd olunub.
Audit materiallarına əsasən, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.
Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb.
Audit zamanı III yeni “Bənövşəyi” xəttə aid “B04” stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin də icra prosesində azaldılması 2024-cü ildən bəri təmin edilməyib.
Hesabatda, həmçinin “B03–B04” mənzil tunelləri və “B04” stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, “B03–B04” stansiyalararası tunellərdə təxliyə keçidləri və “B04” stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, eləcə də “Xocəsən” elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi qeyd olunur.
Auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.
Qeyd olunan bütün hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.(Xalq.online)
“Bakı Metropoliteni”də maliyyə pozuntusu

Oxşar xəbərlər
-
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara “yoxa çıxıb” -
13.01.2026Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb -
26.12.2025Metronun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
18.06.2026Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
-
18.06.2026Moskva vilayətinə "qara yağış" yağdı
-
18.06.2026Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
-
18.06.2026Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
-
18.06.2026Tikinti materiallarının istehsalı artıb
-
18.06.2026Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü
-
18.06.2026İran uranı zənginləşdirməkdən çəkilir
-
18.06.202619 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video
-
18.06.2026Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
18.06.2026II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz
-
18.06.2026Keçmiş vəkil hakim qarşısında
-
18.06.2026Türkiyəli aktyor saxlanıldı
-
18.06.2026Goranboyda ata qızını öldürən kürəkəni bağışladı
-
18.06.2026Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?
-
18.06.2026"Səbail” baş məşqçisi ilə yollarını ayırdı
-
18.06.2026Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi
-
18.06.2026Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR
-
18.06.2026Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama
-
18.06.2026Pendirin bu xeyrini bilirdiniz?
-
18.06.2026Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
-
18.06.2026ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir – NATO
-
18.06.2026Sabah bütün pensiyalar ödəniləcək
-
18.06.2026Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
-
18.06.2026Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
-
18.06.2026ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
-
18.06.2026Azərbaycanda doğulanlar azalıb
-
18.06.2026Neftin bu günə olan qiyməti
-
18.06.2026Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?
-
18.06.2026Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu
-
18.06.2026Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib