Canlı yayım
15.01.2026

Bakıda bir sıra restoranları olan iş adamının 1,7 milyonluq əmlakı hərracda satılacaq

Bakıda bir sıra restoranların sahibi, iş adamı Rüfət Bədirova məxsus “Face studio” gözəllik salonunun Afiyəddin Cəlilov küçəsindəki filialının yerləşdiyi qeyri-yaşayış sahəsi hərracda satılacaq.

Duzxeber.az-ın   Teleqraf-danəldə etdiyi məlumata görə, paytaxtın mərkəzində yerləşən və 182.6 m² ərazisi olan obyektin ilkin bazar dəyəri 1,7 milyon manat dəyərləndirilib.

Hərrac yanvarın 27-də start götürəcək.

Qeyd edək ki, “Face studio”nun sahibi Rüfət Bədirov rəssam həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Sözügedən obyektin hərrac yolu ilə satılması da bu proses çərçivəsində nəzərdə tutulan əmlak bölgüsü üçündür.


Xəbər lenti