16.01.2026
İnnovasiya və Təchizat Mərkəzi tibbi cihaz və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Duzxeber.az-ın Qaynarinfo-ya istinad məlumatına görə, tenderin qalibi “Medaz” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 447 569,28 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 18 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 51A, mənzil 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Azər Şövqi oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Azər Cəfərov barəsində də hər hansı məlumata rast gəlinmir.
Şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Qanunvericiliyə əsasən, satınalma müsabiqələrində iştirak edən şirkətlərin lazımi maddi-texniki bazaya, təcrübəyə, peşəkarlığa malik olmalıdır. “Medaz” MMC-nin isə adicə internet səhifəsi belə yoxdur. Belə bir şirkətin milyonluq tenderləri necə qazandığı müəyyən suallar yaradır.
“Medaz” MMC dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il 3 tenderin qalibi seçilib. Həmin tenderlər ikisi İnnovasiya və Təchizat Mərkəzi, biri isə Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikası tərəfindən keçirilib.
Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 758 657,81 manatdır.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərdə qalib seçilir. Şirkət 2024-cü ildə qurumdan 418 428 manatlıq, 2023-cü ildə 197 988,66 manatlıq, 2022-ci ildə isə 97 959,73 manatlıq sifariş alıb.
İnnovasiya və Təchizat Mərkəzi Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. Mərkəzin direktoru Nurlan Nurlan Quliyevdir.
10 manatlıq nizamnamə kapitalı, milyonluq tenderlər: “Medaz” MMC-nin sirri
İnnovasiya və Təchizat Mərkəzi tibbi cihaz və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.Duzxeber.az-ın Qaynarinfo-ya istinad məlumatına görə, tenderin qalibi “Medaz” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 447 569,28 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 18 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 51A, mənzil 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Azər Şövqi oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Azər Cəfərov barəsində də hər hansı məlumata rast gəlinmir.
Şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Qanunvericiliyə əsasən, satınalma müsabiqələrində iştirak edən şirkətlərin lazımi maddi-texniki bazaya, təcrübəyə, peşəkarlığa malik olmalıdır. “Medaz” MMC-nin isə adicə internet səhifəsi belə yoxdur. Belə bir şirkətin milyonluq tenderləri necə qazandığı müəyyən suallar yaradır.
“Medaz” MMC dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il 3 tenderin qalibi seçilib. Həmin tenderlər ikisi İnnovasiya və Təchizat Mərkəzi, biri isə Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikası tərəfindən keçirilib.
Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 758 657,81 manatdır.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərdə qalib seçilir. Şirkət 2024-cü ildə qurumdan 418 428 manatlıq, 2023-cü ildə 197 988,66 manatlıq, 2022-ci ildə isə 97 959,73 manatlıq sifariş alıb.
İnnovasiya və Təchizat Mərkəzi Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. Mərkəzin direktoru Nurlan Nurlan Quliyevdir.
Oxşar xəbərlər
-
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
13.01.2026Bir ilə 54 tender qazanan sirli “Azsur Group” – 13 milyonluq sifariş alan MMC kimindir? -
3.01.2026TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... - BU NƏDİ BELƏ? -
31.12.2025Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
20.06.2026Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
-
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
-
20.06.2026Bakıda Milli Parkın ərazisində meyit tapıldı
-
20.06.2026"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
20.06.2026Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
-
20.06.2026Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
-
20.06.2026Rafael Fiziyev Bakıda
-
20.06.2026ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək
-
20.06.2026Aİ Ermənistana ilk yardım tranşını etdi
-
20.06.2026Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
-
20.06.2026Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
-
20.06.2026Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?
-
20.06.2026Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
-
20.06.2026FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb
-
20.06.2026Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
-
20.06.2026Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb



