Səudiyyə Ərəbistanı hakimiyyət orqanları İran tərəfinə təminat verib ki, İslam Respublikasına qarşı mümkün zərbələr üçün öz hava məkanının və ərazisinin istifadəsinə icazə verməyəcək.Duzxeber.az xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin Səudiyyə Ərəbistanının ordusu və hökumətinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Tehrana birbaşa bildirib ki, ona qarşı hər hansı hərbi əməliyyatda iştirak etməyəcək və bu məqsədlər üçün nə ərazisi, nə də hava məkanı istifadə olunmayacaq.


