“Atena” MMC barəsində haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, işin predmetini süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.


