19.01.2026
30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunacaq.
Duzxeber.az xəbər verir ki, yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə) Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.
Qeyd edək ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək
30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunacaq.Duzxeber.az xəbər verir ki, yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə) Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.
Qeyd edək ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Oxşar xəbərlər
-
24.12.2025Prezident İlham Əliyevin doğum günüdür -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
1.12.2025Tək ana xəstə övladı üçün yardım istəyir – Nihatın müalicəsi üçün dəstəyə ehtiyac var -
27.11.2025Adil Kərimli "Xurşidbanu Natəvan" tamaşasını izlədi - FOTOLAR -
19.11.2025Prezidentin ailəsi teatrda - Fotolar
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ




