Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılması onun biznes fəaliyyətinin də axsamasına səbəb olmuşdu.
Duzxeber.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 2013-cü ildə “İsmayıllı hadisələri”ndən az sonra vəzifəsini itirən Füzuli Ələkbərovun biznes imperiyasının sütunu “İmprotex” Şirkətlər Qrupu idi ki, bu biznes təsisatı bir müddət səhnədə görünməz oldu. Lakin deyəsən, Füzuli Ələkbərov yenidən biznesini dirçəltməyə başlayıb.
Son vaxtlar onun rəhbəri olduğu “İmprotex Motors” şirkəti satınalma müsabiqələrində fəal iştirak edir və tez-tez qalib seçilir.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət təkcə 2025-ci ildə 53 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr “İmprotex Motors”un rəsmi distrübütoru olduğu avtomobil şirkətlərinin istehsal etdiyi maşınların satışı, yaxud da onlara texniki servis xidmətinin göstərilməsi ilə əlaqardır. “İmprotex Motors” şirkətinin sifarişçiləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutumuş Əqli Mülkiyyət Agentliyinə qədər ən müxtəlif dövlət qurumlarıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İmprotex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Füzuli Ələkbərovdur.
Füzuli Ələkbərov bu şirkəti təsis edəndə hələ nazir vəzifəsində çalışmırdı. Bu baxımdan, “İmprotex Motors” MMC o qədər də populyar deyildi. O, 2006-cı ildə nazir vəzifəsinə təyin edildikdən sonra biznesi də çiçəklənməyə başladı və “İmprotex Motors” MMC ölkənin ən aparıcı şirkətlərindən birinə çevrildi.
“İmprotex Motors” MMC-nin rəsmi saytında qeyd edilib ki, şirkət BMW, “BMW Motorrad”, MINI, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Ümumi sahəsi 1.3 hektar təşkil edən ərazidə BMW konserninin bütün yeni korporativ standartlarına tam cavab verən 11 avtomobil yerləşən satış-sərgi salonu, böyük servis mərkəzi və onlarla avtomobil tutumu olan dayanacaq yeri var. Gündə 100 avtomobil qəbul edə bilən servis mərkəzi son növ diaqnostik avadanlıqlar ilə təchiz olunub. Texniki xidmət mərkəzində müştərilər məsləhətləri birbaşa istehsalçı zavoddan alır. Görülən bütün işlərin BMW standartlarına tam cavab verməsi üçün mütəmadi olaraq işçilərin bacarıqlarını yüksəldən təlimlər keçirilir.//Tribuna.az
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Manşet
Füzuli Ələkbərov 1 ildə 53 satınalma müqaviləsi bağlayıb
Gündəm / Bölgə / Üst xəbər / Manşet
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet