Duzxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 1 960 ədəd və ya 32,7 % azdır. Bu ilin əvvəlinə 82 ədəd hazır məhsul ehtiyatı yaranıb.
2025-ci ildə Azərbaycanda 761,6 milyon manatlıq maşın, avadanlıq, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. 2024-cü illə müqayisədə maşın və avadanlıqların istehsalı 16,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 % azalıb.
Hesabat dövründə Azərbaycanda 474 ədəd traktor istehsal edilib. Bu, 2024-cü illə müqayisədə 23,9 % azdır. Bu ilin yanvarın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.


