20.01.2026
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın işdən azad edilməsi barədə ərizəsi və ona təhkim olunmuş xidməti avtomobili əlindən alınıb.
Duzxeber.az-ın Demokrat.az-dan ədə etdiyi məlumata görə, bu addım xanım müavinin həyat yoldaşı və eyni zamanda sürücüsü olan Habil Eyvazovla bağlı sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərdən sonra atılıb.
Ancaq hadisələrin gedişatı gözlənilməz istiqamətdə irəliləyib. Belə ki, icra başçısı Alı Alıyev yuxarı dairələrin iradəsinə zidd gedərək, köməkçisi İlkin Əmirliyə verdiyi tapşırıq əsasında sosial şəbəkələrdə Gülbahar Eyvazovaya “dəstək kampaniyası” başladılıb.

Eyni zamanda rayonun bütün vəzifəli şəxslərinə bu paylaşımları yaymaq və Gülbahar Eyvazova haqqında müsbət rəylər yazmaq tapşırığı verilib. İcra başçısının bu kampaniyası yerli sakinlər tərəfindən dəstəklənməyib və paylaşımlara reaksiya verənlər yalnız tapşırığı icra edən rəsmi şəxslər olub.
Maraqlısı odur ki, səhər saatlarında həm İcra Hakimiyyətinin rəsmi səhifəsində, həm də köməkçinin şəxsi profilində həmin paylaşımlar silinib.
Əldə etdiyimiz məlumata görə, İcra Hakimiyyətinin bu tapşırığı yuxarı instansiyalarda birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Füzuli RİH-də Gülbahar Eyvazovanın kurasiyasında olan hümanitar sahələrdə mövcud vəziyyət ürəkaçan deyil. Belə ki, rayonun təhsil sektorunda yol verilmiş qanunsuzluqlar və dövlət əmlakının mənimsənilməsi ilə bağlı çoxsaylı şikayətlər əsasında rayonun 30-a yaxın məktəbi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır.
Füzuli rayonun səhiyyə sahəsində isə həm prokurorluq, həm də Hesablama Palatası tərəfindən ciddi maliyyə pozuntuları aşkar edilib.
Dini və mənəvi sahədəki problemlər isə ictimailəşən məlum video ilə daha qabarıq şəkildə üzə çıxıb. Bu qədər iddiaların və araşdırmaların fonunda İcra Hakimiyyəti rəhbərliyinin hansı meyarlarla dəstək nümayiş etdirməyə çalışması anlaşılmaz qalır. Xüsusilə, şəhid ailələri ilə görüşlərin “xüsusi xidmət” kimi təqdim edilməsi tənqid olunur, çünki bu, hər bir vəzifəli şəxsin birbaşa xidməti borcudur.
Nəzərə almaq lazımdır ki, dövlət məmuru üçün ən böyük meyar xalqa xidmət və qanunların aliliyidir. Şəxsi maraqların rəsmi qurumların nüfuzu hesabına qorunmağa çalışılması dövlət maraqları ilə üst-üstə düşmür.
Alı Alıyevin tapşırığı tənqid hədəfinə çevrildi-Qalmaqal səngimir

Oxşar xəbərlər
-
19.01.2026Məmurun əri həmin videosuna görə üzr istədi -
19.01.2026İcra başçısının müavinin əri sərxoş halda canlı açdı – Dini dəyərləri aşağıladı – VİDEO -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
22.06.2026Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar
-
22.06.2026Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
-
22.06.2026“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
-
22.06.2026Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…
-
22.06.2026Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı
-
22.06.2026Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
-
22.06.2026Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub
-
22.06.2026Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
-
22.06.2026Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
-
22.06.2026Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
-
22.06.2026Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir
-
22.06.2026Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
22.06.2026Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
-
22.06.2026Sabah qaz kəsiləcək - Bu ərazilərdə
-
22.06.2026Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi
-
22.06.2026Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi
-
22.06.2026Numan Kurtulmuş Azərbaycana gələcək
-
22.06.2026Bu həftə 4 gün işləyəcəyik
-
22.06.2026Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu
-
22.06.2026Starmer istefa verdi
-
22.06.2026Xətai rayonunda konsert keçirilib
-
22.06.2026Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
-
22.06.2026Cinayət törədən 83 nəfər saxlanıldı
-
22.06.2026Qızına elçi düşən şəxsi döyərək öldürdü
-
22.06.2026Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur
-
22.06.2026Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq
-
22.06.2026Qətərdə partlayış oldu