21.01.2026
Duzxeber.az: - Ötən ilin son aylarında Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə gözlənilmədən iki yüksək vəzifəli məmur vəzifəsindən azad edildi. Söhbət Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdan və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovdan gedir.
Diqqətçəkən məqam ondan ibarət idi ki, bu qədər yüksək postları tutan şəxslərin vəzifədən azad olunması ilə bağlı Təhsil Nazirliyi və şəxsən nazir Emin Əmrullayev tərəfindən heç bir rəsmi açıqlama verilmədi. Nə səbəb göstərildi, nə də ictimaiyyətə hər hansı məlumat təqdim olundu.
Bizimesr.az bildirir ki, bir müddət sonra isə hər iki vəzifəyə yeni təyinatlar həyata keçirildi. Nazir Emin Əmrullayev yenə də nazirlik daxilindən olan şəxslərə üstünlük verdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinə nazirlikdə çalışan İlqar Bayramov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə isə Nicat Məmmədli təyin olundu.
Bu dəyişikliklər cəmiyyətdə və mediada müxtəlif suallar doğurdu. Qeyri-rəsmi mənbələrdə, eləcə də ekspert çevrələrində əsasən əvvəlki rəhbərlərin ciddi maliyyə pozuntularına yol verdiyi iddiaları səsləndirildi. Lakin bu iddialara baxmayaraq, Təhsil Nazirliyi yenə də susqunluğunu qorudu və məsələ ilə bağlı heç bir açıqlama vermədi.
Bir neçə gün əvvəl Hesablama Palatasının yaydığı rəsmi hesabat isə bu susqunluğun fonunda vəziyyəti daha da diqqət mərkəzinə gətirdi. Hesabatda qeyd olunurdu ki, aparılan yoxlamalar zamanı Təhsil Nazirliyinin balansında olan qurumlarda, o cümlədən Peşə Təhsili üzrə Dövlət Agentliyində, kolleclərdə və məktəblərdə milyonlarla manatlıq nizamnamə kapitalının düzgün uçota alınmadığı müəyyən edilib.
Daha da narahatedici məqam odur ki, bu uyğunsuzluqlar uzun müddət ərzində aradan qaldırılmayıb və faktiki olaraq maliyyə nəzarətsizliyi mövcud olub. Belə olduğu halda ortaya ciddi sual çıxır - əgər milyonlarla manatlıq vəsaitlə bağlı bu qədər ciddi nöqsanlar mövcud idisə, həmin vəsaitlərə nəzarət edən və xərcləyən şəxslər kimlər olub? Bu gün artıq adı çəkilən şəxslərin, Ceyhun Kərəmovun, Elnur Nəsibovun və digər bəzi məmurların heç biri vəzifədə deyil. Onlar səssiz şəkildə işdən çıxarılıb, lakin nə istintaq, nə hüquqi qiymətləndirmə təqdim olunub.
Milyonlarla manatlıq vəsaitin aqibəti necə olacaq?
Bu pullar dövlət büdcəsinə qaytarılacaqmı?
Məsuliyyət kimlərin üzərinə düşür?
Nazir olaraq Emin Əmrullayev bu proseslərə görə siyasi və inzibati məsuliyyət daşıyırmı?
Bu qədər pulu kim qaytaracaq?
Son hadisələr göstərir ki, yüksək vəzifəli şəxslər səssiz şəkildə vəzifədən çıxarılır, maliyyə pozuntuları üzə çıxır, amma cəmiyyətə heç bir izahat verilmir. Bu isə dövlət idarəçiliyinə olan etimadı zədələyir və sualların sayını daha da artırır.
Təhsil Nazirliyi və şəxsən nazir Emin Əmrullayev bu məsələlərlə bağlı açıq və əsaslandırılmış mövqe ortaya qoymalıdır, Hesablama Palatasının aşkarladığı faktlara münasibət bildirilməlidir, dövlət vəsaitinin taleyi bilinməlidir.//Bizimesr.az
Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
Duzxeber.az: - Ötən ilin son aylarında Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə gözlənilmədən iki yüksək vəzifəli məmur vəzifəsindən azad edildi. Söhbət Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdan və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovdan gedir.Diqqətçəkən məqam ondan ibarət idi ki, bu qədər yüksək postları tutan şəxslərin vəzifədən azad olunması ilə bağlı Təhsil Nazirliyi və şəxsən nazir Emin Əmrullayev tərəfindən heç bir rəsmi açıqlama verilmədi. Nə səbəb göstərildi, nə də ictimaiyyətə hər hansı məlumat təqdim olundu.
Bizimesr.az bildirir ki, bir müddət sonra isə hər iki vəzifəyə yeni təyinatlar həyata keçirildi. Nazir Emin Əmrullayev yenə də nazirlik daxilindən olan şəxslərə üstünlük verdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinə nazirlikdə çalışan İlqar Bayramov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə isə Nicat Məmmədli təyin olundu.
Bu dəyişikliklər cəmiyyətdə və mediada müxtəlif suallar doğurdu. Qeyri-rəsmi mənbələrdə, eləcə də ekspert çevrələrində əsasən əvvəlki rəhbərlərin ciddi maliyyə pozuntularına yol verdiyi iddiaları səsləndirildi. Lakin bu iddialara baxmayaraq, Təhsil Nazirliyi yenə də susqunluğunu qorudu və məsələ ilə bağlı heç bir açıqlama vermədi.
Bir neçə gün əvvəl Hesablama Palatasının yaydığı rəsmi hesabat isə bu susqunluğun fonunda vəziyyəti daha da diqqət mərkəzinə gətirdi. Hesabatda qeyd olunurdu ki, aparılan yoxlamalar zamanı Təhsil Nazirliyinin balansında olan qurumlarda, o cümlədən Peşə Təhsili üzrə Dövlət Agentliyində, kolleclərdə və məktəblərdə milyonlarla manatlıq nizamnamə kapitalının düzgün uçota alınmadığı müəyyən edilib.
Daha da narahatedici məqam odur ki, bu uyğunsuzluqlar uzun müddət ərzində aradan qaldırılmayıb və faktiki olaraq maliyyə nəzarətsizliyi mövcud olub. Belə olduğu halda ortaya ciddi sual çıxır - əgər milyonlarla manatlıq vəsaitlə bağlı bu qədər ciddi nöqsanlar mövcud idisə, həmin vəsaitlərə nəzarət edən və xərcləyən şəxslər kimlər olub? Bu gün artıq adı çəkilən şəxslərin, Ceyhun Kərəmovun, Elnur Nəsibovun və digər bəzi məmurların heç biri vəzifədə deyil. Onlar səssiz şəkildə işdən çıxarılıb, lakin nə istintaq, nə hüquqi qiymətləndirmə təqdim olunub.
Milyonlarla manatlıq vəsaitin aqibəti necə olacaq?
Bu pullar dövlət büdcəsinə qaytarılacaqmı?
Məsuliyyət kimlərin üzərinə düşür?
Nazir olaraq Emin Əmrullayev bu proseslərə görə siyasi və inzibati məsuliyyət daşıyırmı?
Bu qədər pulu kim qaytaracaq?
Son hadisələr göstərir ki, yüksək vəzifəli şəxslər səssiz şəkildə vəzifədən çıxarılır, maliyyə pozuntuları üzə çıxır, amma cəmiyyətə heç bir izahat verilmir. Bu isə dövlət idarəçiliyinə olan etimadı zədələyir və sualların sayını daha da artırır.
Təhsil Nazirliyi və şəxsən nazir Emin Əmrullayev bu məsələlərlə bağlı açıq və əsaslandırılmış mövqe ortaya qoymalıdır, Hesablama Palatasının aşkarladığı faktlara münasibət bildirilməlidir, dövlət vəsaitinin taleyi bilinməlidir.//Bizimesr.az
Oxşar xəbərlər
-
17.01.2026Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR -
15.01.2026Ən çox müavini olan nazirlər — SİYAHI -
14.01.2026Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib? -
5.01.2026Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



