Duzxeber.az xəbər verir ki, müqavilədə stadion icarəsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 49 560 manatdır. Satınalma proseduru birmənbə metodu ilə keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azfar-Trans" QSC 23 fevral 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 5A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Nəsibov Taleh Asif oğludur. O, şirkətdə direktor vəzifəsini tutur. Lakin Taleh Nəsibov "Azfar-Trans"QSC-nin sahibi deyil.
"Azfar-Trans" QSC Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2019-cu ildə şirkətin təşkilati-hüquqi dəyişdirilib.
"Azfar-Trans" QSC "Azfar Group"a daxildir. "Azfar Group" 2008-ci ildə təsis edilib. QSC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, şirkət həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb.
QSC-nin direktoru Taleh Nəsibov həm də "Zirə" futbol klubunun və Azərbaycan Mini Futbol Federasiyasının İcraçı vitse-prezidentidir. //Qaynarinfo


