21.01.2026
Duzxeber.az: - Bakının yaşıllıq problemi illərdir öz aktuallığını qoruyur. Şəhərdə getdikcə yaşıllıqlar artmaqdansa, nə hikmətdirsə, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərə əli çatanların əlində “yaşıl dollar” kütləsi artır. Bu sahə illərdir həm də sükutun, toxunulmazlığın və görünməyən dövriyyələrin kölgəsindədir.
Paytaxtda məzarlıqlardan birində aqrotexniki qulluq tələb edən ağaclarla bağlı uzun müddət mübarizə apardıqdan sonra bu işə cavabdeh qurum olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbəri Mirdamət Seyidov barədə internetdə axtarış verdik. Diqqətimizi öncə birliyin rəhbərliyinə 2 il öncə gətirilən təqaüdçü Mirdamət Seyidovun barəsində palaz-palaz “bəy tərifi” yazıları cəlb elədi.
Seyidovu mədh edən yazılar bəs deyincədir. Bu adamın tərəfdarları onu “rəhbərliyə sədaqət nümunəsi”, “əqidə adamı”, “sadə həyat tərzi keçirən məmur” vəsf edib önə çəkirlər. “Mirdamət Seyidovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır”, – mədhiyyənamələrin birində Birliyinin baş direktoru haqda elə belə də yazılıb!
Daha dərindən araşdırma apardıqda isə vəzifəyə gətiriləndən sonra onun yaşıllaşdırma haqda biliklərini şübhə altına alan xeyli məlumat üzə çıxıb. Bu sualların cavabı “dəftər-kitab” üzərində olan, hələ əkilməyən ağacların olmayan yarpaqları qədər səssizdir. “Tər tökən” Mirdamət Seyidov yaşıllaşdırma təsərrüfatını sədaqətlə idarə etməlidir, yoxsa bilik və bacarıqla?
Aydındır ki, bu sahə sadəcə ağac əkməkdən ibarət deyil. Burada büdcə vəsaitləri, tenderlər, əkin materialları, budama aktları, xəstəliklərlə mübarizə adı altında milyonlarla manatlıq xərclər dövr edir. Yaşıllaşdırma uzun illərdir “sakit, amma gəlirli” sahə kimi tanınır. Bir ağacın qiyməti kağız üzərində bir cürdür, faktiki əkilən isə -başqa. Budama aktları var, amma budanmış ağacı görən yoxdur.
Məsələn, Zığ qəsəbəsində yerləşən Zeytunluq massivindəkı qəbiristanlıqda ağaclar illərdir budanmır. Budanma ilə bağlı müraciətləri isə baş direktora yetişdirmək belə mümkün görünmür. Bundan başqa, sənəd üzərində xəstəliklə mübarizə aparıldığı göstərilir, amma dərmanların harada istifadə edildiyini bilən tapılmır.
Bu sahədə “yaşıl dollar” anlayışı təsadüfi yaranmayıb. Ağac kölgəsində böyüyən təkcə bitkilər deyil – şişirdilmiş smetalar, şübhəli müqavilələr, görünməyən dövriyyələr də illərdir kök salıb. Və bu sistemin başına yaşıllaşdırma üzrə mütəxəssis yox, hərbi komissarlıq sistemindən gələn, ixtisasca kimyagər olduğu deyilən bir şəxs dayanır.
Qarabağ veteranı, kənd təsərrüfatı mütəxəssisi, illərlə bu sistemdə çalışmış Məmməd Təvəkkül oğlu Seyidovun Prezidentə müraciəti isə cəmiyyətdə daha ciddi suallar doğurur. Onun dedikləri emosional yox, sahəni bilən adamın narahatlığı kimi səslənir: “Peşəkarları ixtisassız adamlarla əvəz etdilər, ona görə də bu qurumda direktorlar tez-tez dəyişir”.
Bu fikirlərə cavab əvəzinə isə adətən media hücumları, “sifarişli yazı” ittihamları, “ağzıgöyçək jurnalist” ritorikası işə düşür. Halbuki, sual sadədir: sözügedən sferada şəffaflıq varmı, yoxsa ağacların kölgəsi hər şeyi örtür?..
Mirdamət Seyidovun fəaliyyəti haqqında təriflər çoxdur, gəl ki, rəqəmlər az danışır. Bakıda nə qədər ağac əkilib? Neçəsi quruyub? Nə qədəri budanıb? Hansı şirkətlərdən dərman və əkin materialı satın alınıb? Bu işlərin görülməsinə nə qədər büdcə vəsaiti xərclənib?
Bu suallar cavabsız qaldıqca, ironiyanın yerini şübhə, şübhənin yerini isə ictimai narazılıq tutur. Çünki bu ölkədə yaşıllıq sahəsi təkcə ekologiya yox, həm də büdcə vəsaitlərinin təyinatı üzrə xərclənib-xərclənməməsi məsələsidir.//Musavat.com
Bakının yaşıllaşdırılmasında ŞOK gizlinlər – Burada hər şeyi ağacların kölgəsi örtür, yoxsa…
Duzxeber.az: - Bakının yaşıllıq problemi illərdir öz aktuallığını qoruyur. Şəhərdə getdikcə yaşıllıqlar artmaqdansa, nə hikmətdirsə, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərə əli çatanların əlində “yaşıl dollar” kütləsi artır. Bu sahə illərdir həm də sükutun, toxunulmazlığın və görünməyən dövriyyələrin kölgəsindədir.Paytaxtda məzarlıqlardan birində aqrotexniki qulluq tələb edən ağaclarla bağlı uzun müddət mübarizə apardıqdan sonra bu işə cavabdeh qurum olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbəri Mirdamət Seyidov barədə internetdə axtarış verdik. Diqqətimizi öncə birliyin rəhbərliyinə 2 il öncə gətirilən təqaüdçü Mirdamət Seyidovun barəsində palaz-palaz “bəy tərifi” yazıları cəlb elədi.
Seyidovu mədh edən yazılar bəs deyincədir. Bu adamın tərəfdarları onu “rəhbərliyə sədaqət nümunəsi”, “əqidə adamı”, “sadə həyat tərzi keçirən məmur” vəsf edib önə çəkirlər. “Mirdamət Seyidovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır”, – mədhiyyənamələrin birində Birliyinin baş direktoru haqda elə belə də yazılıb!
Daha dərindən araşdırma apardıqda isə vəzifəyə gətiriləndən sonra onun yaşıllaşdırma haqda biliklərini şübhə altına alan xeyli məlumat üzə çıxıb. Bu sualların cavabı “dəftər-kitab” üzərində olan, hələ əkilməyən ağacların olmayan yarpaqları qədər səssizdir. “Tər tökən” Mirdamət Seyidov yaşıllaşdırma təsərrüfatını sədaqətlə idarə etməlidir, yoxsa bilik və bacarıqla?
Aydındır ki, bu sahə sadəcə ağac əkməkdən ibarət deyil. Burada büdcə vəsaitləri, tenderlər, əkin materialları, budama aktları, xəstəliklərlə mübarizə adı altında milyonlarla manatlıq xərclər dövr edir. Yaşıllaşdırma uzun illərdir “sakit, amma gəlirli” sahə kimi tanınır. Bir ağacın qiyməti kağız üzərində bir cürdür, faktiki əkilən isə -başqa. Budama aktları var, amma budanmış ağacı görən yoxdur.
Məsələn, Zığ qəsəbəsində yerləşən Zeytunluq massivindəkı qəbiristanlıqda ağaclar illərdir budanmır. Budanma ilə bağlı müraciətləri isə baş direktora yetişdirmək belə mümkün görünmür. Bundan başqa, sənəd üzərində xəstəliklə mübarizə aparıldığı göstərilir, amma dərmanların harada istifadə edildiyini bilən tapılmır.
Bu sahədə “yaşıl dollar” anlayışı təsadüfi yaranmayıb. Ağac kölgəsində böyüyən təkcə bitkilər deyil – şişirdilmiş smetalar, şübhəli müqavilələr, görünməyən dövriyyələr də illərdir kök salıb. Və bu sistemin başına yaşıllaşdırma üzrə mütəxəssis yox, hərbi komissarlıq sistemindən gələn, ixtisasca kimyagər olduğu deyilən bir şəxs dayanır.
Qarabağ veteranı, kənd təsərrüfatı mütəxəssisi, illərlə bu sistemdə çalışmış Məmməd Təvəkkül oğlu Seyidovun Prezidentə müraciəti isə cəmiyyətdə daha ciddi suallar doğurur. Onun dedikləri emosional yox, sahəni bilən adamın narahatlığı kimi səslənir: “Peşəkarları ixtisassız adamlarla əvəz etdilər, ona görə də bu qurumda direktorlar tez-tez dəyişir”.
Bu fikirlərə cavab əvəzinə isə adətən media hücumları, “sifarişli yazı” ittihamları, “ağzıgöyçək jurnalist” ritorikası işə düşür. Halbuki, sual sadədir: sözügedən sferada şəffaflıq varmı, yoxsa ağacların kölgəsi hər şeyi örtür?..
Mirdamət Seyidovun fəaliyyəti haqqında təriflər çoxdur, gəl ki, rəqəmlər az danışır. Bakıda nə qədər ağac əkilib? Neçəsi quruyub? Nə qədəri budanıb? Hansı şirkətlərdən dərman və əkin materialı satın alınıb? Bu işlərin görülməsinə nə qədər büdcə vəsaiti xərclənib?
Bu suallar cavabsız qaldıqca, ironiyanın yerini şübhə, şübhənin yerini isə ictimai narazılıq tutur. Çünki bu ölkədə yaşıllıq sahəsi təkcə ekologiya yox, həm də büdcə vəsaitlərinin təyinatı üzrə xərclənib-xərclənməməsi məsələsidir.//Musavat.com
Oxşar xəbərlər
-
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
17.01.2026Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR -
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR” -
29.12.2025Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
18.06.2026Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
-
18.06.2026Moskva vilayətinə "qara yağış" yağdı
-
18.06.2026Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
-
18.06.2026Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
-
18.06.2026Tikinti materiallarının istehsalı artıb
-
18.06.2026Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü
-
18.06.2026İran uranı zənginləşdirməkdən çəkilir
-
18.06.202619 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video
-
18.06.2026Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
18.06.2026II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz
-
18.06.2026Keçmiş vəkil hakim qarşısında
-
18.06.2026Türkiyəli aktyor saxlanıldı
-
18.06.2026Goranboyda ata qızını öldürən kürəkəni bağışladı
-
18.06.2026Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?
-
18.06.2026"Səbail” baş məşqçisi ilə yollarını ayırdı
-
18.06.2026Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi
-
18.06.2026Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR
-
18.06.2026Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama
-
18.06.2026Pendirin bu xeyrini bilirdiniz?
-
18.06.2026Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
-
18.06.2026ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir – NATO
-
18.06.2026Sabah bütün pensiyalar ödəniləcək
-
18.06.2026Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
-
18.06.2026Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
-
18.06.2026ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
-
18.06.2026Azərbaycanda doğulanlar azalıb
-
18.06.2026Neftin bu günə olan qiyməti
-
18.06.2026Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?
-
18.06.2026Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu
-
18.06.2026Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib



