22.01.2026
Duzxeber.az: - Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərovdur.
Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının “inkubatorunda” yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də “toxunulmaz” hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil. Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq “toxunulmazlıq zirehinə” bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin “qaranlıq dəhlizində” nəfəs alır.
Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara “rahat həyat” vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər…
2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.
Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir.
İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür.
Bu məsələ ilə bağlı Demokrat.az peşəkar media olaraq, hər zaman vətəndaşlardan gələn müraciətlər işıqlandırır və sakinlərin səsini cəmiyyətə çatdırır. Eyni zamanda bütün tərəflərin mövqeyini də obyektiv formada saytımızda yayımlayırıq. İndi isə növbə qanunlarındır. Şamil Heydərovun illərdir sığındığı Ramiz Mehdiyevin himayəsindəki “toxunulmazlıq” mifologiyası artıq dağılmalıdır. Heç bir biznes marağı vətəndaşın haqqından və dövlətimizin sarsılmaz qanunlarından üstün ola bilməz. Şamil Heydərov həm söz verdiyi sakinlər, həm də qanunlar qarşısında cavab verməyə borcludur!
“Karqo Şamil”in görünməyən üzü…
Duzxeber.az: - Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərovdur.Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının “inkubatorunda” yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də “toxunulmaz” hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil. Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq “toxunulmazlıq zirehinə” bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin “qaranlıq dəhlizində” nəfəs alır.
Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara “rahat həyat” vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər…
2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.
Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir.
İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür.
Bu məsələ ilə bağlı Demokrat.az peşəkar media olaraq, hər zaman vətəndaşlardan gələn müraciətlər işıqlandırır və sakinlərin səsini cəmiyyətə çatdırır. Eyni zamanda bütün tərəflərin mövqeyini də obyektiv formada saytımızda yayımlayırıq. İndi isə növbə qanunlarındır. Şamil Heydərovun illərdir sığındığı Ramiz Mehdiyevin himayəsindəki “toxunulmazlıq” mifologiyası artıq dağılmalıdır. Heç bir biznes marağı vətəndaşın haqqından və dövlətimizin sarsılmaz qanunlarından üstün ola bilməz. Şamil Heydərov həm söz verdiyi sakinlər, həm də qanunlar qarşısında cavab verməyə borcludur!
Oxşar xəbərlər
-
3.01.2026Bu şəxslərə beş aylıq maaş veriləcək -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO) -
6.12.2025Ramiz Mehdiyevdən aglasığmaz qadağa
Xəbər lenti
-
8.08.2026AYNA şefi öz ampulasında -Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir/VİDEO
-
8.08.2026Taksidən oğurluq edən şəxs saxlanıldı
-
8.08.2026Nazirlik su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
-
8.08.2026Yaponiyanın iki adası təcili boşaldılır - VİDEO
-
8.08.2026"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
8.08.2026Sabirabadda həyətdən yeniyetmə qızın meyiti tapıldı
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı



