8.08.2026
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.
Söhbət zamanı ötən il ərzində iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Xüsusilə, iqtisadi və ticari əlaqələrin inkişafının sülhün real faydalarının təzahürü olduğu qeyd edilib. Bu kontekstdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə daşınması, həmçinin Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı məsələlər müzakirə olunub. Liderlər regionda davamlı sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıblar.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, bu telefon danışığı və ildönümü fonunda baş tutan təmaslar Cənubi Qafqazda artıq geri dönməz sülh mərhələsinin başlandığını göstərir: “İki ölkə liderinin bir il əvvəl Vaşinqtonda əldə etdiyi tarixi razılaşmalar və bu gün iqtisadi-ticari əlaqələrin, o cümlədən TRIPP marşrutunun reallaşması bölgənin simasını tamamilə dəyişir. Azərbaycan öz gücü və qətiyyəti ilə regionda yeni reallıq yaradıb və bu reallığı artıq bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi qəbul etmək məcburiyyətində qalıb”.
Onun sözlərinə görə, sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin işə düşməsi və neft məhsullarının ixracı kimi amillər sülhün sadəcə kağız üzərində qalmadığının, real iqtisadi nəticələr verdiyinin sübutudur: “ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu prosesə verdiyi dəstək və tərəflərin sərgilədiyi konstruktiv mövqe göstərir ki, yaxın gələcəkdə imzalanacaq yekun Sülh Sazişi bütün Cənubi Qafqaz üçün uzunmüddətli sabitlik, tərəqqi və təhlükəsizlik mühiti formalaşdıracaq”./Tunar/
Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.
Söhbət zamanı ötən il ərzində iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Xüsusilə, iqtisadi və ticari əlaqələrin inkişafının sülhün real faydalarının təzahürü olduğu qeyd edilib. Bu kontekstdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə daşınması, həmçinin Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı məsələlər müzakirə olunub. Liderlər regionda davamlı sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıblar.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, bu telefon danışığı və ildönümü fonunda baş tutan təmaslar Cənubi Qafqazda artıq geri dönməz sülh mərhələsinin başlandığını göstərir: “İki ölkə liderinin bir il əvvəl Vaşinqtonda əldə etdiyi tarixi razılaşmalar və bu gün iqtisadi-ticari əlaqələrin, o cümlədən TRIPP marşrutunun reallaşması bölgənin simasını tamamilə dəyişir. Azərbaycan öz gücü və qətiyyəti ilə regionda yeni reallıq yaradıb və bu reallığı artıq bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi qəbul etmək məcburiyyətində qalıb”.
Onun sözlərinə görə, sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin işə düşməsi və neft məhsullarının ixracı kimi amillər sülhün sadəcə kağız üzərində qalmadığının, real iqtisadi nəticələr verdiyinin sübutudur: “ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu prosesə verdiyi dəstək və tərəflərin sərgilədiyi konstruktiv mövqe göstərir ki, yaxın gələcəkdə imzalanacaq yekun Sülh Sazişi bütün Cənubi Qafqaz üçün uzunmüddətli sabitlik, tərəqqi və təhlükəsizlik mühiti formalaşdıracaq”./Tunar/
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
1.08.2026Paşinyan Putinə açıq meydan oxuyur? –İrəvan Avropa kursunda israrlıdır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
8.08.2026Nazirlik su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
-
8.08.2026Yaponiyanın iki adası təcili boşaldılır - VİDEO
-
8.08.2026"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
8.08.2026Sabirabadda həyətdən yeniyetmə qızın meyiti tapıldı
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı
-
8.08.2026Təbii qazın qiyməti bahalaşdı
-
8.08.2026Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!



