22.01.2026
Duzxeber.az: - Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının qaçaqmalçılıq əməlləri ifşa edildikdən sonra gözləmək olardı ki, bu sahədə yaxşılığa doğru nəsə dəyişiklik olar.
Amma iş elə əvvəlki qayda davam. Yəni DGK sədri Şahin Bağırov sələfi Səfər Mehtiyevin dəsti-xəttinə xələl gətirmir.
Sanki Səfər Mehtiyev yenə də rəhbərdir. Hər yerdə onun qaydalarına riayət olunur. Mətbuat katibləri Natiq Axundova hər hansı məsələ ilə bağlı müraciət etdikdə isə söhbətdən yayınır, doğru-düzgün məlumat vermək istəmir.
Çünki Səfər müəllimin kadrı olaraq DGK dəhlizlərində çox ərköyün böyüyüb. İndi jurnalistin onu sorğu-sual etməsi xoşuna gəlmir.
Eybi yox. Hər kəsin bir dövranı var. Natiq Axundov da dilə gəlib danışar.
Dövlət Gömrük Komitəsinin hava limanlarındakı işçilərinin öz dünyaları var.
Heç olmasa iki addımlıqlarında dayanan sərhədçilərə baxıb nəsə öyrənsinlər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının xidmətindən istifadə edənlər yəqin mənim sözümü təsdiq edərlər.
Aeroportlarda sərhəd xidməti əməkdaşları ilə gömrük xidmətçiləri arasında yerlə göy qədər fərq var.
Təyyarədən düşüb gələndə sərhədçilərin xoş rəftarının yaratdığı müsbət auranı gömrükçülərin kobud danışığı, qabiliyyətsizlikləri bir anın içində korlayır.
Ölkəmizin bir sıra aeroportunda belədir. Qanun, qayda qalır bir tərəfdə, Səfər Mehdiyevin qaydası ilə işləyənlər öz qaydaları ilə sərnişinlərə qarşı qanunsuzluq edirlər.
Görəsən bunlara nəzarət edən olacaqmı?
Nə vaxta kimi haqsızlıq, bu rüsvayçılıq davam edəcək. Danışanda hamı deyir ki, hava limanı paytaxtımızın giriş qapısıdır, təyyarə ilə gələn qonaqlar, turistlərdə Bakı, Azərbaycan haqqında ilk təəssürat buradan yaranır.
Hər hansı bir qonaq aeroportda gömrük əməkdaşı ilə sərnişin mübahisəsini görsə, onun bizim xalq, ölkə haqqında fikirləri necə olar?
Qanunlar qəbul olunubsa, onlar hamı üçündür. Qanuna riayətdə də bəzi məmurlar ayrıseçkilik şəraiti yaradırlar.
Kiçik bir yükü aeroportda ələk-vələk edən gömrükçülər görəsən qiyməti yüz minlərlə manat məbləğində ölçülən malların hamısını tam qanuni şəkildə buraxıblar?
Konkret olaraq, geyim mağazalarının vitrinlərini bəzəyən İtaliyadan gətirilmiş libasların bəlkə gömrük sənədlərini yoxlayaq?
Necə düşünürsünüz, hörmətli Dövlət Gömrük Komitəsi?
Sizə ölkəyə gəlib-gedən insanların yüklərini yoxlamaq səlahiyyəti verilibsə, bu o demək deyil ki, bildiyinizi etməlisiniz.
Hansısa gömrükçü əməkdaşın “mən belə istəyirəm” deməsinin cəzasını ilk növbədə siz verməlisiniz, hörmətli DGK sədri cənab Şahin Bağırov.
Bunun üçün sizin xidmət keyfiyyətinə nəzarət etməli olan struktur vahidləriniz, buna görə dövlət büdcəsindən normal məbləğdə məvacib alar işçiləriniz var. Necə olur ki, külli-aləmin bildiyini siz bilmirsiniz?
Necə deyərlər, qulağınızın dibində baş verən qaçaqmalçılığı da bilməmisiniz. Halbuki bu qədər işçi heyəti olan təşkilat bunun izinə çoxdan düşməli idi.
İndi də hər kəs işçilərinizin aeroportlarımızda baş alıb gedən süründürməçiliyindən, sərnişinlərlə pis rəftarından, rüşvətxorluqlarından danışıb yazırlar, daşdan səs çıxır, amma Gömrük Komitəsindən səs çıxmır. Səsinizi eşitmək ümidi ilə.
Sima Babayeva
TEREF
HAVA LİMANINDAKI GÖMRÜKÇÜLƏRİN ÖZ HAVASI VAR.

Oxşar xəbərlər
-
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
27.12.2025GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR. -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
12.12.2025Heydər Əliyevin anım günüdür -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə