Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz.
Duzxeber.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur.


