22.01.2026
Duzxeber.az: - Uzun illərdir Azərbaycanda strateji məhsul sayılan buğda istehsalının inkişafı üçün dövlət tərəfindən böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, bu sahədə istehsal getdikcə azalır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan görünür ki, 2025-ci ildə də ölkədə buğda istehsalı aşağı düşüb.
Bizimyol.info xəbər verir ki, ötən il Azərbaycanda 1 milyon 609.8 min ton buğda istehsal edilib. Bu da 2024-cü ilə nisbətən 4.5 faiz azdır.
İstehsalın düşməsi əkin sahələrinin azalması ilə əlaqələndirilir. Ekspertlər hesab edir ki, Azərbaycanda bir çox kənd sakinləri pay torpaqlarını əkib-becərmək imkanından məhrumdular. Maddi imkansızlıq, susuzluq və s. səbəblərdən kəndlilərin bir çoxu pay torpaqlarını satır, yaxud icarəyə verir. Nəticədə torpaqlar tədricən məmurların əlində cəmləşir, əkin sahələrinə də onlar nəzarət edir.
Zaman-zaman dövlət Azərbaycanda buğda istehsalının inkişafına böyük həcmdə maliyyə ayırmasına baxmayaraq, nəticə ürəkaçan deyil. İllərdir bu sahəyə ona görə investisiya ayrılır ki, ölkə özü-özünü taxılla təmin eləsin, xaricdən buğda idxalına son qoysun, yaxud da minimuma endirsin. Lakin Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər onu deməyə əsas verir ki, bu sahəyə ayrılan investisiyalar nəticəsiz qalıb. Çünki 2025-ci ilin 11 ayında Azərbaycana 1 milyon 131 min 876.30 ton buğda idxal edilib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli kənd təsərrüfatı sahəsində ölkəmizin “bəxti gətirmədiyini” düşünür. Bu fikrini əsaslandırarkən məmur özbaşınalığı, səriştəsizlik, korrupsiya və s. səbəbləri sadalayır.
Buğda istehsalının azalmasından danışan ekspert bildirib ki, son 6 il ərzində istehsal 560 min ton azalıb. Bu da çox böyük rəqəmdir: “Strateji məhsulun istehsalının ildən-ilə azalması kənd təsərrüfatına rəhbərlik edənləri mütləq narahat etməlidir. Xüsusən nəzərə almaq lazımdır ki, tələbatın daxili istehsal hesabına ödənilməsinə nail olmaq üçün dövlət 20 ilə yaxındır müəyyən addımlar atır. Hələ 2007-ci ildən başlayaraq, bu sahəyə subsidiyalar ayrılmağa başlayıb. Ayrılan subsidiyalar həcmi digər sahələrlə müqayisədə iki dəfə çoxdur. Təəssüf ki, buna baxmayaraq, son 6 ildə buğda istehsalı azala-azala gedir”.
Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı yada salıb. Fərmanda göstərilib ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.
“Bu sahəyə daha 166 milyon manat vəsait ayrılıb. Subsidiyaların həcmi də artıb. Belə olan halda, məntiqlə istehsal da artmalıdır. Müasir texnika lazımdırsa, var. Maliyyə ayrılır. Amma niyəsə nəticə əksinə olur – istehsal aşağı düşür. Bunun məntiqi izahı yoxdur”, - ekspert əlavə edib.///neqatv.com
İstehsal hər il aşağı düşür... Dövlətin buğda istehsalına ayırdığı milyonlarla sərmayəni kim "üyüdür"?

Oxşar xəbərlər
-
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR” -
12.01.2026“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO -
23.12.2025MTK-ların yeni kredit hiyləsi - ev alanlar oxusun! -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
20.06.2026FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb
-
20.06.2026Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
-
20.06.2026Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
-
20.06.2026Türkiyə millisi məğlub oldu
-
20.06.2026Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir
-
20.06.2026Göygöldə mikroavtobus aşdı, yaralılar var
-
20.06.2026Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
20.06.2026İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
20.06.2026NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək
-
19.06.2026Ən yaxşı məktəblərin adları AÇIQLANDI
-
19.06.2026Azərbaycanda polkovnik vəfat etdi
-
19.06.2026İdmançımız qızıl medal qazandı
-
19.06.2026SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi
-
19.06.2026İsrail ordusu Livanda ciddi itkilər verdi
-
19.06.2026Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək
-
19.06.2026Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi