20.06.2026
Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi müzakirəyə çıxarılıb.
DuzXeber.az "APA"-ya istinadla xəbər verir ki, deputatlar Fransua Jolive və Jan-Fransua Russe Milli Assambleyanın sədri Yael Braun-Piveyə müraciət edərək parlament üzvləri üçün narkotik testlərinin keçirilməsini təklif ediblər.
“Horizons” partiyasından olan Fransua Jolive məktubunda deputatlar da daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini təklif edib.
“Ensemble pour la République” qrupunun deputatı Jan-Fransua Russe isə parlament rəhbərliyi ilə görüş tələb edərək, deputatlara könüllü əsasda narkotik testlərində iştirak imkanı yaradılmasını irəli sürüb. O bildirib ki, məqsəd şəxsləri hədəfə almaq deyil, parlament üzvlərinin şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.
Russe əlavə edib ki, siyasətçilər cəmiyyət qarşısında nümunə olmalı və ictimai etimadın qorunması üçün daha açıq davranmalıdırlar.
Təşəbbüs Fransada Baş nazir Sebastyen Lökornünün nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları üçün qəfil narkotik testlərinin tətbiqinə dair göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər və onların əməkdaşları tüpürcək nümunəsi ilə aparılan yoxlamalardan keçməlidirlər.
Məsələ Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi müzakirəyə çıxarılıb.DuzXeber.az "APA"-ya istinadla xəbər verir ki, deputatlar Fransua Jolive və Jan-Fransua Russe Milli Assambleyanın sədri Yael Braun-Piveyə müraciət edərək parlament üzvləri üçün narkotik testlərinin keçirilməsini təklif ediblər.
“Horizons” partiyasından olan Fransua Jolive məktubunda deputatlar da daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini təklif edib.
“Ensemble pour la République” qrupunun deputatı Jan-Fransua Russe isə parlament rəhbərliyi ilə görüş tələb edərək, deputatlara könüllü əsasda narkotik testlərində iştirak imkanı yaradılmasını irəli sürüb. O bildirib ki, məqsəd şəxsləri hədəfə almaq deyil, parlament üzvlərinin şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.
Russe əlavə edib ki, siyasətçilər cəmiyyət qarşısında nümunə olmalı və ictimai etimadın qorunması üçün daha açıq davranmalıdırlar.
Təşəbbüs Fransada Baş nazir Sebastyen Lökornünün nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları üçün qəfil narkotik testlərinin tətbiqinə dair göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər və onların əməkdaşları tüpürcək nümunəsi ilə aparılan yoxlamalardan keçməlidirlər.
Məsələ Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
-
20.06.2026Türkiyə millisi məğlub oldu
-
20.06.2026Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir
-
20.06.2026Göygöldə mikroavtobus aşdı, yaralılar var
-
20.06.2026Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
20.06.2026İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
20.06.2026NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək
-
19.06.2026Ən yaxşı məktəblərin adları AÇIQLANDI
-
19.06.2026Azərbaycanda polkovnik vəfat etdi
-
19.06.2026İdmançımız qızıl medal qazandı
-
19.06.2026SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi
-
19.06.2026İsrail ordusu Livanda ciddi itkilər verdi
-
19.06.2026Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək
-
19.06.2026Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
-
19.06.2026Aşura günü bu ünvanlarda qan veriləcək
-
19.06.2026Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA
-
19.06.2026Bu şəxslərin vərəsələrinə müavinət veriləcək



