Canlı yayım
20.06.2026

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Nikol Paşinyanın Baş nazir seçildiyi 2018-ci ilin mayından indiyədək Ermənistanın dövlət borcu 110,6% artıb.
DuzXeber.az xəbər verir ki, bu barədə TASS Ermənistanın Statistika Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 2018-ci il aprelin 30-na Ermənistanın dövlət borcu 6,87 milyard dollar (təxminən 11,679 milyard AZN), 2026-cı il aprelin 30-na isə 14,46 milyard dollar (təxminən 24,582 milyard AZN) təşkil edib.
Məlumatlara görə, 8 il ərzində daxili borcun kəskin artımı müşahidə olunub. Belə ki, borc 1,26 milyard dollardan (təxminən 2,142 milyard AZN) 7,15 milyard dollara (təxminən 12,155 milyard AZN) çatıb, yəni 467,1% artıb. Eyni dövrdə xarici borc 5,49 milyard dollardan (təxminən 9,333 milyard AZN) 6,68 milyard dollara (təxminən 11,356 milyard AZN) yüksəlib, yəni 21,6% artıb.
Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı il aprelin 1-nə Ermənistanın daimi əhalisi təxminən 3,1 milyon nəfər təşkil edib. Bu o deməkdir ki, Ermənistanın hər bir sakini hazırda təxminən 4665 dollar (təxminən 7930 AZN) borcludur, 2018-ci ilin aprelində isə bu göstərici 2312 dollar (təxminən 3,930 AZN) təşkil edib.

Xəbər lenti