Canlı yayım
20.06.2026

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Tramp administrasiyasının bəzi rəsmiləri ən gec oktyabr ayında İsraildə keçirilməsi gözlənilən seçkilərdən əvvəl müxalifət liderləri ilə qeyri-rəsmi əlaqə saxlamağa çalışır.
DuzXeber.az xəbər verir ki, bu iddia ilə İsrailin “12-ci kanal”ı çıxış edib.
Bildirilib ki, Tramp administrasiyası əsasən baş nazir vəzifəsinə güclü namizədlər hesab edilən keçmiş baş nazir Naftali Bennet və keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotla təmasdadır.
Eyni zamanda, ABŞ rəsmilərinin Netanyahunun kabinetindəki ifrat sağçı fiqurlardan getdikcə daha çox narahat olduqları vurğulanıb.
Vaşinqtonun həmçinin İsrail hökumətinin Qəzza siyasəti səbəbindən beynəlxalq imicinin zədələnməsinin diplomatik proseslərə mane olmasından şikayətləndiyi də ifadə edilib.

Xəbər lenti