24.01.2026
Sağlam qida və düzgün qidalanma hər kəsin gündəmindədir, hətta Milli Məclisin üzvlərinin də. Bəs deputatların mətbəxində nə olur, gündəlik nə yeyib-içirlər?
Duzxeber.az xəbər verir ki, “Yeni Sabah” parlament üzvlərindən bu barədə açıqlamalar alıb. Nəticələr bəzən düşündürücü, bəzən də gülməlidir:
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov:
“Bəzi suallar var ki, onlara cavab vermək üçün qida təhlükəsizliyi üzrə ekspert və ya mütəxəssis olmaq lazımdır. Son vaxtlar bu mövzu ətrafında müzakirələr aparılır və qida təhlükəsizliyinin hansı səviyyədə olub-olmamasını bilmək üçün məncə, araşdırmalar, tədqiqatlar və sorğular aparılmalıdır. Ən azından, Səhiyyə Komitəsində bu sahə ilə birbaşa məşğul olan şəxslər mövcuddur. Mən həmin komitədə təmsil olunmadığım üçün bu barədə daha ətraflı məlumatım yoxdur. Bununla belə, mediada və müxtəlif televiziya proqramlarında qida təhlükəsizliyi ilə bağlı müzakirələri ara-sıra izləyirəm və bilirəm ki, bu məsələ bu gün də aktuallığını qoruyur.
Şəxsi qidalanmama maksimum dərəcədə diqqət etməyə çalışıram. Xüsusilə, yeməklərimi vaxtında qəbul etməyə önəm verirəm. Xüsusi pəhrizim yoxdur. Sadəcə olaraq, yağlı yeməklərdən uzaq durmağa çalışır və şirniyyata da minimum səviyyədə yer verirəm. Əsasən ev yeməklərinə üstünlük verirəm. Şirin qazlı içkilər və oxşar içkilər qəbul etmirəm. Ümumiyyətlə, spirtli içki qəbul etmirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:
“Əslində, ölkədə qida təhlükəsizliyi və qida ilə bağlı maarifləndirmə sahəsində kifayət qədər ciddi bir sistem mövcuddur və imkan daxilində zərərli tendensiyalara qarşı keyfiyyətli mübarizə aparılır. Bununla yanaşı, müəyyən çətinliklər də var. Müasir texnologiyaların tam şəkildə tətbiqi vacibdir ki, hər hansı qida məhsulunun tərkibində zərərli element aşkar olunduqda bu barədə məlumat operativ şəkildə üzə çıxsın. Bu həm sahibkarların hüquq və vaxt itkisinə yol verməsin, həm də vətəndaşların sağlamlığının qorunması üçün vaxtında addımlar atılmasına şərait yaratsın.
Bu sahə ölkəmiz üçün nisbətən yeni olsa da, son illərdə həm texnoloji baxımdan, həm də kadr potensialı baxımından kifayət qədər ciddi işlər görülüb. Ola bilər ki, bəzi görülən işlər hər zaman ictimaiyyətin diqqətini cəlb etməsin, amma məncə, hər bir məsələyə həssas yanaşma tendensiyası çox müsbət və ciddi yanaşmadır.
Şəxsi olaraq gündəlik qidalanmamı əsasən təmiz qida prinsipləri üzərində qururam və zərərli məhsullardan uzaq durmağa çalışıram. Bu məsələyə xüsusi diqqət yetirirəm: çörəyi və şəkəri demək olar ki, minimuma endirmişəm və sağlamlığa zərərli məhsullardan istifadə etməməyə çalışıram. Bəzən tədbirlərdə və ya müəyyən proseslərdə buna tam əməl etmək çətin olur, amma istənilən halda hər kəs öz sağlamlığına özü cavabdehdir, yəni insan bir növ özünün həkimi olmalıdır.
Səhər yeməyinə gəldikdə, adətən səhərlər iki ədəd soyutma yumurta yeyirəm. Bu, mənim üçün kifayət edir. Günün ikinci yarısında normal yemək yeyirəm, axşam isə çox vaxt məcbur olmadıqca yemək yemirəm. Buna pəhriz demək düzgün olmaz, daha çox xüsusi bir qidalanma rejimidir.
Birmənalı şəkildə ev yeməklərinə üstünlük verirəm. Qonaqlıq və ya məcburi hallar istisna olmaqla, restoran yeməklərindən uzaq dururam. Mənim üçün evdə sadə bir pendir-çörək yemək restoranda ən keyfiyyətli ət yeməyindən daha yaxşıdır. Mən buna üstünlük verirəm”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov:
“Ümumiyyətlə qeyd etmək lazımdır ki, qida və ərzaq məsələsi bütün dünyada aktual problem olaraq qalır. Bu problem təkcə ölkəmizdə deyil, qlobal miqyasda mövcuddur. Azərbaycana gəldikdə isə düşünürəm ki, bu sahədə ciddi bir problem yoxdur və vəziyyət gələcək üçün ümidvericidir. Sözügedən məsələnin ölkəmizdə öz həllini tapması üçün müvafiq addımlar atılır.
Fikrimcə, qida təhlükəsizliyi sahəsində hələ də daha çox çalışmalı, müxtəlif tədbirlər həyata keçirməliyik. Gündəlik qidalanmaya gəldikdə isə, buna diqqət yetirməyə çalışıram, hərçənd bunu hər zaman tam şəkildə etmək mümkün olmur. Mümkün qədər ağır və çox kalorili yeməklərdən uzaq durmağa çalışıram, baxmayaraq ki, bəzən bu da alınmır.
Ümumilikdə qeyri-sağlam yemək və içkilərdən maksimum dərəcədə uzaq olmağa çalışıram. Xüsusi bir pəhriz saxlamasam da, ölçülü şəkildə qidalanmağa üstünlük verirəm. Zərərli qidalardan və içkilərdən uzaq durmaq, yüksək kalorili yeməkləri az istifadə etmək vacibdir. Hər zaman mümkün olmasa da, bu qaydalara əməl etməyə çalışıram.
Daha çox ev yeməklərinə üstünlük verirəm. Hesab edirəm ki, ev şəraitində hazırlanan yeməklər daha sağlam və faydalıdır. Buna görə də əsasən ev yeməkləri ilə qidalanmağa çalışıram. Çünki təəssüf ki, bütün restoranlarda təqdim olunan yeməklər sağlam olmur.
Qazlı içkilərdən isə qəti şəkildə istifadə etmirəm və insanlara da bunlardan uzaq durmağı tövsiyə edirəm. Artıq bütün dünyada sübut olunub ki, bu cür içkilər sağlamlıq üçün zərərlidir. Spirtli içkilərin də insan orqanizminə ciddi ziyan vurduğunu düşünürəm və buna görə də onlardan istifadə etmirəm.
Sonda bütün vətəndaşlara tövsiyə edirəm ki, maksimum dərəcədə sağlam qidalansınlar, zərərli qida və içkilərdən uzaq olsunlar və sağlamlıqlarına diqqət yetirsinlər”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova:
“Son vaxtlar qida təhlükəsizliyi məsələsi həm ekspertlərin, həm də vətəndaşların gündəmindədir. Millət vəkillərinin gündəlik qida vərdişləri də maraq doğurur.
Ölkəmizdə qida təhlükəsizliyi əsasən təmin olunub, lakin idxal və bəzi istehsal sahələrində standartların möhkəmləndirilməsi hələ də vacibdir. Sağlam qidaya çıxış hər bir vətəndaş üçün prioritet olmalıdır. Şəxsi olaraq balanslı qidalanmağa diqqət edirəm, heç vaxt xüsusi pəhriz saxlamıram. Əksinə, şirniyyat vazkeçilməzimdir, demək olar ki, gündəlik menyumun əsasını təşkil edir.

Qışda xəmir yeməklərini xüsusi sevirəm. İş, tədbirlər çox olduqda bəzən vaxtlı-vaxtında qidalanmaq mümkün olmur. Ayaqüstü şəkildə qidalanmaqla səhəri, günortanı yola verdiyim də olur.
Əsasən ev yeməklərinə üstünlük verirəm, restoran yeməklərindən nadir hallarda, işgüzar görüşlər və ya rəsmi tədbirlər zamanı, eləcə də bəzi istisna məqamlarda ailəmlə birlikdə harasa getdikdə istifadə edirəm. Əsasən təbii şirələr içirəm, amma bəzən şirin qazlı sular da içməkdən vaz keçmirəm. Spirtli içki isə heç vaxt dilimə dəyməyib.
Ümumilikdə, qidalanma mənim üçün həm sağlamlığımın, həm də iş məhsuldarlığımın əsas amilidir. Ölçülü və balanslı qidalanmaqla gündəlik tempə uyğun həyat tərzimi qorumağa çalışıram”.
Deputatlar nə yeyib-içir? — Milli Məclisin süfrəsi
Sağlam qida və düzgün qidalanma hər kəsin gündəmindədir, hətta Milli Məclisin üzvlərinin də. Bəs deputatların mətbəxində nə olur, gündəlik nə yeyib-içirlər?Duzxeber.az xəbər verir ki, “Yeni Sabah” parlament üzvlərindən bu barədə açıqlamalar alıb. Nəticələr bəzən düşündürücü, bəzən də gülməlidir:

Oxşar xəbərlər
-
23.01.2026Azərbaycanda maşın bazarında ən çox belə ALDADIRLAR -
27.12.2025GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR. -
17.12.2025Ekranlarda əxlaqi tənəzzül: Susqun nəzarət, açıq zərər və məsuliyyətdən qaçış -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
30.05.2026Google illər sonra dəyişir
-
30.05.2026Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
-
30.05.2026Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
30.05.2026Millimiz Fransaya qarşı
-
30.05.2026İran İsrailə qarşı sərt bəyanat yaydı
-
30.05.2026Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
-
30.05.2026Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb
-
30.05.2026Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi
-
30.05.2026Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO
-
30.05.2026Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır
-
30.05.2026İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
30.05.2026Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi
-
30.05.2026Ağır qəza olub: Yaralılar var
-
30.05.2026“İranın uranı Qazaxıstanda saxlanıla bilər”
-
30.05.2026Qızıl və gümüş bahalaşdı
-
30.05.2026İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB
-
30.05.2026Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi
-
30.05.2026Bakı sakinlərinə xəbərdarlıq
-
30.05.2026İsrail Qəzzaya hücum etdi - Ölən və yaralananlar var
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü