DuzXeber.az xəbər verir ki, redaksiyamıza adının mətbuatda açıqlanmasını istəməyən valideyn tərəfindən müraciət daxil olub.
Valideyn iddia edir ki, onun övladı 21 sentyabr 2026-cı il tarixində Yeni Yasamal-1 ərazisində yerləşən 98 nömrəli uşaq bağçasında tərbiyəçi tərəfindən döyülüb.
Redaksiyamıza daxil olan müraciətdə, həmçinin bağçada ödəniş, uşaqların sayının çoxluğu və uşaqlara nəzarətlə bağlı müəyyən narazılıqların olduğu bildirilib.
Məsələni diqqətə çatdırmaq və səsləndirilən iddialara rəsmi münasibət öyrənmək məqsədilə DuzXeber.az tərəfindən dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunub.
Qeyd edək ki, Təhsil İdarəsi sorğumuza gün ərzində operativ cavab verib və bildirilib ki, 98 nömrəli uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılacaq.
Qurumun redaksiyamıza təqdim etdiyi cavabı olduğu kimi təqdim edirik:
BŞTİ-nin məlumatı:
“Paytaxtdakı 98 nömrəli uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılır. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir."

Paylaş