Türkiyənin Siirt şəhərində təkrarlanan burun qanaması şikayəti ilə xəstəxanaya aparılan 10 yaşlı Miraç adlı uşağın boğazında canlı zəli aşkarlanıb.
DuzXeber.az xəbər verir ki, uşağın təxminən 15 gün əvvəl çayda üzdüyü və nəzarətsiz su mənbəyindən su içdiyi məlum olub.
Həkimlər müayinə zamanı uşağın boğazında canlı zəli olduğunu müəyyən ediblər. Zəli həkim tərəfindən çıxarılıb.
Miraç adlı məktəblinin ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.//Gülşən Rəsul (tribuna.az)



