Dağlıq rayonlarda yağışlı hava şəraiti ilə əlaqədar sel və daşqın ehtimalı var.
DuzXeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Həmçinin Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimal olunur.


