DuzXeber.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

77-KS-302 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Paylaş