26.01.2026
Duzxeber.az: - Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir.
Müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir.
“Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir”, – redaksiyamıza müraciət edən şəxslər bildirirlər.
Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:
“İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. “Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir”.//Yeniavaz.com
Gəncədə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı məcburi işdən çıxarılır?
Duzxeber.az: - Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir.Müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir.
“Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir”, – redaksiyamıza müraciət edən şəxslər bildirirlər.
Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:
“İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. “Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir”.//Yeniavaz.com
Oxşar xəbərlər
-
23.01.2026Mahir Əliyev “QLOBUS-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır? -
23.01.2026Niyazi Bayramovun rəhbərliyi altında ÖZBAŞINALIQ... -
16.01.2026İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
14.01.2026Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur - -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



